Azərbaycan Gürcüstanla quru sərhədi nə vaxt açacaq?



“Azərbaycanın sərhədləri açacağı ilk ölkələrdən biri Gürcüstan olacaq”.
 
Pravda.az xəbər verir ki, bunu iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Məryəm Karivişvili deyib. O bildirib ki, iki ölkə arasında sərhədlərin açılması məsələsi ilə bağlı danışıqlar aparılıb:
 
“Azərbaycanla danışıqlar yüksək səviyyədə aparıldı. Bilirsiniz, iki ölkə arasında çox yaxşı əlaqələr var və düşünürük ki, Azərbaycanın sərhədləri açacağı ilk ölkələrdən biri Gürcüstan olacaq”.
Tarix: 20-07-2021, 09:26
Xəbəri paylaş





Xəbər lenti