Rusiya Ermənistanı necə tərkibinə qatmaq istəyir? Böyük oyunun kiçik fiqurları...


Son zamanlar Rusiyanın Ermənistana qarşı siyasətində yeni məzmunlu istiqamətlər görünür. Xüsusən də ruslar tərəfindən ermənilər və onların qondarma dövlətinin "tarixi" ilə bağlı həqiqətlər ardıcıl şəkildə dünya ictimaiyyətinə təqdim edilir.
Erməni dövləti haqqında doğru məlumatları və arxiv sənədləri Rusiyanın Dövlət Arxivləri müəyyən xətt üzrə tirajlamağa başlayıblar və məlumatların ardıcıllığı hansı məqsədə xidmət etdiyi aydın sezilir. Rusiya dövlət siyasətində anti erməni xəttinin işə salınmasına inanılmaz olsa da, görünən odur ki, Rusiya Ermənistanla bağlı yeni siyasi kurs müəyyən edib. Düşünürəm ki, Rusiya zamanla Türkiyə və Azərbaycanın həzminə gedəcək Ermənistanı özü udmağa qərar verib. Rusiya Ermənistanı elə bir vəziyyətə salmaq istəyir ki, tam məhv olma qorxusundan əlində saxlaya bildiyi ərazilərlə özü Rusiya tərkibinə qatılmağa yalvarsın. Elə bu baxımdan da, bir neçə gün əvvəl Rusiya tarix dərsliklərində 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı düzgün düzəlişlər edildiyin elan etdi yəni, artıq rus tarix dərsliklərində Ermənistan sözü çıxarılaraq İRƏVAN XANLIĞI sözü ilə əvəz edilib. Ermənistan mövcud real dövlət kimi hələ Rusiya tərkibinə qatılmayıb, qatılan Ermənistan yox türk etnosuna məxsus İrəvan Xanlığı olmuşdur. Rusiya tarix dərsliklərində həqiqəti əks etdirməklə gələcəkdə Ermənistanı tərkibinə qatanda tarixi və faktiki uyğunsuzluğu aradan qaldırır.
Digər vacib məlumat isə odur ki, Rusiya Dövlət Arxivindən təqdim etdiyi 1920-ci il V. İ. Leninə Teleqramı ilə Qarabağ və Zəngəzur haqqında əsl həqiqətləri yəni, Qarabağın və Zəngəzurun Azərbaycana məxsusluğunu göstərir. 10 noyabr, 11 yanvar Bəyanatlarına uyğun olaraq Zəngəzur dəhlizinin açılması faktiki Ermənistanın bu ərazilərə nəzarətinin itirməsi deməkdir. Ermənistanda elə seçkidən sonra, daha doğrusu qərbyönümlü Paşinyanın qələbəsindən sonra Ermənistan-Azərbaycan sərhədində hərbi gərginlik, atışmalar intensiv xarakter alıb, bu isə onu göstərir ki, Rusiya Ermənistan-Azərbaycan arasında artan gərginliyin müəllifidir. Rusiya son ana kimi, rus meylli R. Koçaryanın Ermənistanda hakimiyyətə gələcəyinə hesab götürdüyündən və buna inandığından müharibədən sonrakı dövrdə seçkiyə qədər Ermənistan-Azərbaycan arasında belə silahlı gərginlik, atışmalar yox idi.
Avropa İttifaqı (Aİ) prezidentinin Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində Aİ tərəfindən Ermənistana az qala dövlət büdcəsi qədər yardım etmə planları Ermənistanın Rusiya protektorun çıxacağı ehtimalını gücləndirir. Qərb yönümlü, ancaq müharibədə məğlub edilmiş Paşinyanın seçkidə qələbəsi Ermənistanın qərbə inteqrasiyasını sürətləndirib. Ermənistanı Qərbə, NATO-ya inteqrasiyadan ancaq yeni müharibə, ərazi itkisi, dövlətçiliyin tam məhvi təhlükəsi ilə dayandırmaq olar və ruslar da ona inanırlar ki, 2-ci Qarabağ savaşında Ermənistana bir başa hərbi yardım etməyən Qərb və NATO çətin ki, Qərbi Zəngəzurun azad edilməsi uğrunda Azərbaycanın başladığı əməliyyatlarda müttəfiqlik Bəyannaməsi imzalamış Azərbaycan-Türkiyə tandeminə qarşı çıxmış olsun, Ermənistana yardım etsin.
Əlavə olaraq Ermənistanda da anlayırlar ki, 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Ukraynaya yardım etməyən Qərb və NATO çətin ki ənənəsini pozsun. Odur ki, Azərbaycanın Qərbi Zəngəzur uğrunda başladığı hərbi əməliyyatlar qarşısında, erməni dövlətçiliyinin tam itiriləcəyi şəraitində təbii ki, Rusiya erməni dövlətçiliyini öz tərkibinə qatmaqla xilas edə bilər. Son zamanlar 10 noyabr, 11 yanvar üçtərəfli Bəyanatlardan mümkün imtina variantının gündəmə gətirilməsi bu məqsədi daşıyır. SSRİ dövründə rusların razılığı olmadan 1954-cü ildə Ukrayna əsilli Sovet lideri Nikita Xruşşovun Ukraynaya bəxşiş etdiyi Krımın geri Rusiyaya qaytarılması ssenarisi kimi, rus bolşeviklərinin təkidi ilə Azərbaycanın razılığı olmadan Zəngəzur da daxil olmaqla Ermənistana verilmiş Azərbaycan ərazilərinin geri alınması həm tarixi ədalət və həm də beynəlxalq hüququn
bərpası olar (1920-ci il Paris Sülh Konfransında tanınmış AXC-nin ərazilərİ). İlkin mərhələdə Zəngəzurun qaytarılması üçün yaranmış tarixi şəraitdən istifadə etməklə varisi olduğumuz, 1918-ci ildə qurduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin itirilmiş ərazilərini və türk dünyası ilə fiziki-coğrafi əlaqəni bərpa edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev demişkən, məsələnin hərbi yolla həlli variantı həmişə gündəmdədir. Cənab Prezidentin fikirlərini məncə elə Zəngəzura da aid etmək olar. O ki, qaldı rus məsələsinə Rusiya bir müddətdən sonra öz sərhədləri daxilində qalması mümkünsüzdür.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü,hüquqşünas, Qarabağ qazisi
Siam.az
Tarix: 20-07-2021, 22:32
Xəbəri paylaş





Xəbər lenti