Bu hakimiyyət də demokratik dəyərlərə təslim olacaq



Hüquq müdafiəçisi Anar Məmmədov
Azərbaycanda ictimai fəalların, jurnalistlər və siyasətçilərin, nazirlər və məmurların telefon danışıqları və şəxsi həyatının izlənilməsi yeni hadisə deyil. Amma iki gün öncə açıqlanan araşdırma ilə hakim siyasi elitanın beynəlxalq səviyyəli kibercinayətə ortaq olması ifşa olundu.
Belə bir ifşa siyasi tarix üçün çox önəmlidir. Mövcud siyasi rejimin mahiyyətini anlamaq üçün zəngin mənbədir. Biz indiyədək siyasi rejimin insanların şəxsi həyatına müdaxiləsi ilə bağlı çoxsaylı olayların şahidi olmuşuq – yataq güdmək, insanların intim görünütlərini yaymaq, sosial media və e-poçt hesablarını ələ keçirmək kobud və bağışlanılmaz cinayətlər sırasındadır. Və bütün bu cinayətlərin bir məqsədi var – hakimiyyəti nə yolla olursa qorumaq.
Ən çirkin və iyrənc yollarla qorunan hakimiyyətin bu kimi əməlləri siyasi repressiya vasitələri sırasındadı. Amma hakim siyasi elita daxilində də hər kəsə bəllidir ki, bizim fəaliyyətimizdə gizli məqsəd yoxdur. Məqsədimiz açıq və aydındır – ölkədə azad, demokratik və ədalətli cəmiyyət qurmaq. Nə topumuz var, nə tüfəngimiz. Sadəcə sığındığımız və təbliğ etdiyimiz dəyərlər var. Həmin dəyərlərə bu hakimiyyət də təslim olacaq, geci-tezi var.
Bizim nəslin üzərinə düşən növbəti nəsilə bu dəyərləri ləyaqətlə müdafiə edib mübarizə ənənəsini ötürməkdir.
Bacaracağıq.
Tarix: 21-07-2021, 09:19
Xəbəri paylaş





Xəbər lenti