Rövnəq Abdullayevə "4 qat" zərbə: Neft "kral"ının sonunu bu nazir gətirir...

rovneq abdull
Xəbər verdiyimiz kimi, iyulun 19-u Prezident İlham Əliyevin sərəncamları ilə SOCAR-ın dörd vitse-prezidenti vəzifələrindən kənarlaşdırılıb.
Siam.az Azadinfo.az-a istinadən  xəbər verir ki, sərəncama əsasən vitse-prezidentlər Mikayıl İsmayılov, David Məmmədov, Tofiq Qəhrəmanov, Bəhram Hüseynov tutduqları vəzifədən azad olunublar.
Günlərdir hər kəs bu məsələ haqqında danışır. Maraqlıdır, illərdir SOCAR-da “at oynadan” bu şəxslər nə oldu da birdən-birə vəzifədən çıxarıldı?
İddiaya görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-da Müşahidə Şurasının sədri seçildikdən sonra neft şirkətində ciddi yoxlamalara başlayıb və yoxlamalar zamanı ciddi korrupsiya faktlarının olduğunu aşkarlayıb. Bundan sonra M. Cabbarov bu haqda dövlətə məlumat ötürüb və ölkə başçısı da qeyd edilən şəxslərin işdən azad olunması ilə bağlı sərancam imzalayıb.
Məlumata görə, hazırda yoxlamalar davam edir və daha bir neçə vitse-prezidentin vəzifəsindən azad ediləcəyi gözlənilir.
Rövnəq Abdullayev Mikayıl Cabbarov qarşıdurması:
Mikayıl Cabbarov SOCAR-da növbəti iclası keçirdi | marja.az
Əldə etdiyimiz məlumatlara görə, R. Abdullayev “sağ əllərinin” vəzifədən getməsinə görə çox qəzəblənib. Belə ki, o, bunu özünə qarşı ciddi təhdid hesab edir.
Hətta, bəzi iddialar görə, R. Abdullayev Mikayıl Cabbarova qarşı gizli şəkildə savaşa başlayıb. R. Abdullayevi əsas qəzəbləndirən səbəb isə ən yaxın adamı Mikayıl İsmayılovun vəzifəsindən azad edilməsi olub.
Xatırladaq ki, vəzifəsindən azad edilən vitse-prezidentlər Rövnəq Abdullayevə yaxınlıqları ilə seçilən şəxslərdir. Məhz bu səbəbdən ilk olaraq həmin şəxslər kənarlaşdırılıb. Hətta bəzi şəxslər bunu Mikayıl Cabbarovun Rövnəq Abullayevə “4 qat” zərbəsi kimi dəyərləndirir. Burada Mikayıl İsmayılovun adını xüsusi qeyd etmək lazımdır. Belə ki, o, bu yaxınlıq sayəsində özünə böyük sərvət toplayıb.
SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov öz biznesini neft şirkətinin milyonları hesabına daha da genişləndirərək, böyük sərvət sahibinə çevrilib.
İddia edilir ki, İsmayılov SOCAR-dakı hazır pullar hesabına bahalı maşınlar, evlər, villalar,zavodlar, şirkətlər, hətta xaricədə otellərə də sahibdir.
Qeyd edək ki, M. İsmayılov Rövnəq Abdullayevdən sonra Dövlət Neft Şirkəti hesabına oliqarx həyatı yaşayan ikinci şəxsdir.
[caption id="" align="alignnone" width="640"]Mikayıl İsmayılovun biznes maxinasiyaları — FAKTLAR 
Mikayıl ismayılov

Maraqlıdır, bundan sonra SOCAR “kralını” nə gözləyir?
Bu sual ətrafında da müəyyən iddialar səsləndirilir. Əsas iddia isə Rövnəq Abdullayevin ilin sonuna qədər vəzifədən kənarlaşdırılacağı, hətta həbs ediləcəyidir.
Davamı var...
Tarix: 22-07-2021, 15:24
Xəbəri paylaş





Xəbər lenti