Fransanı artıq Qarabağ yox, Ermənistan sərhədi maraqlandırır...

Fransanı artıq Qarabağ yox, Ermənistan sərhədi maraqlandırır...
Ermənistan və ətrafında baş verən hadisələrə beynəlxalq reaksiyaları izləyəndə ilk nəzərə çarpan Fransa prezidenti Makron olur. Adama elə gəlir ki, Emmanuel Makronun iş saatı İrəvanla başlayır, onunla da bitir.
 
Liviyada, Şərqi Aralıq dənizində, Mərkəzi Afrikada, Livanda uğursuzluğa düçar olan bu adam bütün gücünü Ermənistana yönəldib və ermənidən artıq erməniliyi ilə Paşinyanı da heyran qoyur. Makronun Ermənistanda vuran əli də onun səfiri Conotan Lakottdur. Lakott sosial şəbəkədə hər gün İrəvanı dəstəkləyən statuslar paylaşır, Azərbaycan -Ermənistan dövlət sərhəddində baş verənlərdən o dərəcədə narahat olur ki, gecəni “ yatmadığını” da dilə gətirir. 
 
Bu gün isə erməni dilində Azadlıq radiosuna müsahibə verən səfirin dediklərində maraqlı nüansla rastlaşdıq. Səfirin dediklərindıən anlaşılır ki, Fransa əlini Qarabağdan üzüb. Onu artıq Qarabağda status məsələsi də az maraqlandırır. Sərhəddə baş verənlərdən məlumatlı olduğunu və bunun Fransada narahatlıq yaratdığını söyləyən səfir hadisəni atəşkəs rejiminin pozulması kimi dəyərləndirib. Fikrini davam etdirən Fransa səfiri: “ İndiki vəziyyətdə bizi qayğılandıran məsələ Ermənistanın sərhədləridir”-deyib. 
 
Lap yaxşı. Ermənistan sərhədlərilə, orada baş verənlərlə nə qədər istəyirsiniz “qayğılanın”, göz yaşı tökün, İrəvana çoxlu yardım göndərin. Yetər ki, əlinizi və gözünüzü Azərbaycanın Qarabağ torpaqlarından çəkin.  Xankəndi və ətrafına tezliklə nəzarətimizi bərpa edəndən sonra Azərbaycan Fransanın növbəti prezidentini (əminliklə deyə bilərik ki, bu, Makron olmayacaq) Şuşaya, Xankəndinə dəvət edəcək. Hələ ki, Ermənistan sərhədləri ilə qayğılansınlar. Fransa səfirinə isə məsləhətimiz belədir: ”Sən gecələr yat, ay Conatan”. 
 
Moderator.az

Tarix: 28-07-2021, 22:00
Xəbəri paylaş





Xəbər lenti