Paşinyan: "Nəqliyyat kommunikasiyaları blokdan çıxarılmalıdır”


Paşinyan: "Nəqliyyat kommunikasiyaları blokdan çıxarılmalıdır”
“Dəhliz məsələləri isə müzakirə olunmayacaq"
 
Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan nəqliyyat dəhlizləri məsələlərini Azərbaycanla müzakirə etməyəcəyini açıqlayıb. AYNA erməni mediasına istinadən bildirir ki, Paşinyan Nazirlər Kabinetinin bu gün keçirilən iclasında regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasının isə tərəfdarı olduğunu söyləyib.
 
“Üçtərəfli bəyanatlarda dəhliz ifadəsi yoxdur. Ermənistan dəhlizlər məsələsini müzakirə etmir və etməyəcək. Bütün regional nəqliyyat kommunikasiyaları isə açıq olmalıdır”, - deyə Paşinyan qeyd edib.
 
Onun sözlərinə görə, Ermənistanın Azərbaycan ərazisindən keçərək Rusiyaya, Orta Asiyaya və İrana, Azərbaycanın isə Ermənistan vasitəsilə Naxçıvana, Gürcüstana və İrana keçidi olmalıdır: “Bunu həyata keçirmək üçün sərhədlərdə gömrük nəzarət məntəqələri yaradılmalı və bu, beynəlxalq səviyyədə tanınmış sərhəd keçid qaydaları ilə həyata keçirilməlidir”.
Tarix: 29-07-2021, 16:04
Xəbəri paylaş





Xəbər lenti