BMT-nin ikili standartı: - “30 il Ermənistana təzyiq göstərmədi...”


BMT Kəlbəcərdə baş verənlərdən, yəni, ermənilərin atəşkəsi pozmasından narahatlığını ifadə edib və tərəfləri dialoqa çağırıb. Ümumiyyətlə Ermənistan 30 ilə yaxın dövrdə BMT TŞ-nın qətnamələrini yerinə yetirmir və təşkilat da heç İrəvana təzyiq göstərmirdi. İndi isə bu tip çağırışlar səsləndirirlər.

Bunun siyasi izahı nədir?

“Benəlxalq təşkilatların işi belə hallara reaksiya verməkdir. Belə insidentlər zamanı tərəflər problemi həll etməyə çağırılır. Əsas BMT-nin qəbul etdiyi 4 qətnamə idi, bu qurum 30 il müddətində Ermənistana heç bir təzyiq göstərmədi.

Tək BMT yox, heç bir beynəlxalq təşkilat, hətta ATƏT-in Minsk Qrupu vasitəçilik institutu da belə, Ermənistanı məcbur etmək istəmədi ki, bu qətnamələri yerinə yetirin”, - deyən siyasi elmlər doktoru Ramiz Sevdimalıyev bildirdi ki, Ermənistan qarşısına məqsəd qoyub.

Bizim.Media ilə özəl müsahibədə geosiyasət və konfliktologiya üzrə ekspert Ramiz Sevdimalıyev illərin müqayisəsini də apardı:

“Təsəvvür edin, keçən il də yay aylarında belə hadisələr baş verirdi. O vaxt Ermənistan Azərbaycanı savaşa təhrik etmək istəyirdi. Deyirdilər ki, biz müharibə başlayarıq və əlavə ərazilər alarıq. İrəvan Bakını çəkindirməyə, müəyyən dividendlər əldə etməyə çalışırdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra Ermənistan yenə həmin prosesləri başlamaqla dövlətlərarası sərhədlərin delimitasiya və demarkasiya məsələsini beynəlmiləlləşdirmək istəyir.

Bu mənada, bütün təşkilatlara, dövlətlərə müraciətlər ünvanlayır. Və prosesin beynəlxalq müzakirə predmetinə çevrilməsini istəyirlər. Ən azı, Fransa və digərlərinin aktivliyini bilirik.

Odur ki, burada Azərbaycan neyləməlidir? Sözsüz ki, ilk növbədə təmkinlilik nümayiş etdirməlidir. İkincisi də ki, Azərbaycan istənlən beynəlxalq təşkilat qarşısında reallıqların hamısını göstərməlidir. Üçüncü, Azərbaycan bir addım da geri çəkilmədən öz məqsədlərinə nail olmalıdır və inşallah nail olacaq”.
Tarix: 29-07-2021, 23:30
Xəbəri paylaş





Xəbər lenti