Razi Nurullayev telefonuna cavab verməyən vəzifəli şəxslərin adını açıqladı


Razi Nurullayev telefonuna cavab verməyən vəzifəli şəxslərin adını açıqladı

“Əksər dövlət qurumları mənim zəngimə cavab verib.
İndiyə qədər mənim zənglərimə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev cavab verməyib. Onu da parlament tribunasından demişəm”. Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev “Müsavat TV”-nin canlı yayımında deyib. R.Nurullayev bildirib ki, bütün dövlət qurumlarına hörməti var:
“Dövlət qurumunu hörmətdən salmaq olmaz. Çünki onu hörmətdən saldıqca, o, işinin öhdəsindən gələ bilmir. İnsanlar da onun üzərinə gedirlər. Amma elə məsələlər var ki, artıq iş cızığından çıxır. Bəlkə bu insanın otağında başına 10-15 tapança dirəyiblər, niyə onun telefonunu götürmürsən? Məsələn, mən Ali Məhkəmənin sədrinə bir gün axşama qədər zəng etdim, köməkçisi 2-3 dəfə götürdü, sonra o da cavab vermədi. Növbəti gün zəng edəndə yenə köməkçisi götürdü və bir az səsimi qaldırdım ki, bu, nə hörmətsizlikdir? Sonra Məhkəmə Hüquq Şurasının üzvü ilə fikirlərimi çatdırdım. Müraciət etdiyim məsələ ilə bağlı bir qərar çıxarıldı və mən o qərarı mübahisələndirəcəyəm. O məsələni Prezidentin diqqətinə çatdıracağam”.
Tarix: 4-08-2021, 23:34
Xəbəri paylaş





Xəbər lenti