Conson: “London Rusiyaya qarşı sanksiyaları artıracaq”


Conson: “London Rusiyaya qarşı sanksiyaları artıracaq”Boris Conson

Böyük Britaniya hökuməti Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirmək və Kiyevə göstərilən hərbi dəstəyi artırmaq niyyətindədir.

Siam.az xəbər verir ki, bu barədə TASS agentliyi Böyük Britaniyanın Baş naziri Boris Consonun bəyanatına istinadən məlumat yayıb.
“Biz sanksiyalarımızı genişləndiririk, Ukraynaya hərbi dəstəyi və insanlara kömək etmək üçün humanitar yardım paketini artırırıq”,- deyə Conson bildirib.
Bundan əvvəl Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber Rusiya Federasiyasından enerji təchizatına tez bir zamanda embarqo qoyulmasının vacibliyinə toxunaraq sanksiyaların sərtləşdirilməsinə çağırış edib.APA
Tarix: 4-04-2022, 09:56
Xəbəri paylaş





Xəbər lenti