Tarif Şurası ictimai əsaslarla fəaliyyət göstərəcək


Prezident İlham Əliyev 17 il əvvəlki fərmanını ləğv edib
Prezident İlham Əliyev “Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli fərmanını ləğv edib.
AYNA xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Şuranın icra hakimiyyəti orqanı kimi statusu ləğv edilib.
Şuranın sədri Katibliyin Əsasnaməsini və Şuranın dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibini təsdiq edəcək.
Katibliyin gerbsiz möhürü, ştampları və blankları olacaq.
Tarix: 5-04-2022, 18:37
Xəbəri paylaş





Xəbər lenti