Separatçıların başçısından ŞOK AÇIQLAMA: “Rusiyaya birləşməyin vaxtı çatıb”



“Cənubi Osetiyanın vətənə - Rusiyaya qayıtmasının vaxtı çatıb”.
Siam.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Cənubi Osetiyadakı separatçı rejimin başçısı Anatoli Bibilov deyib.
Separatçının sözlərinə görə, Cənubi Osetiya sakinləri həmişə Rusiyaya can atıblar və onu özlərinin “tarixi vətən”i hesab ediblər.
“Yəni burada Krımla heç bir fərq görmürəm. Krım vətənə qayıdıb və məncə, bu gün Cənubi Osetiyanın da evə qayıtmasının vaxtı çatıb”, - Bibilov bildirib.
Bibilov bundan əvvəl separatçı bölgənin referendumla Rusiyanın tərkibinə qatıla biləcəyini açıqlayıb. O, bunun özünün yox, “xalq”ın arzusu olduğunu söyləyib.
Tarix: 5-04-2022, 19:01
Xəbəri paylaş





Xəbər lenti