Bu, ABŞ-ın hökmranlığına son qoymaq üçün nəzərdə tutulub” - Lavrovdan SENSASİON AÇIQLAMA
"Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ABŞ-ın dünyaya yönəlmiş tam hökmranlığına son qoymaq üçün nəzərdə tutulub”.
Pravda.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya 24" telekanalına müsahibəsində deyib.
"Bizim xüsusi hərbi əməliyyatımız ABŞ-ın və onların tabeliyində olan digər Qərb ölkələrinin beynəlxalq arenada tam hökmranlığına son qoymaq üçün nəzərdə tutulub. Bu beynəlxalq hüququn kobud şəkildə pozulması ilə qurulan hökmranlıqdır" - Lavrov vurğulayıb.
Tarix: 11-04-2022, 19:07