Rusiya Ukrayna müharibəsinin son mərhələsi, dünyanı hansı nəticə gözləyir? Azərbaycanın əsas hədəfi - PROQNOZ


Sözsüz ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi Rusiyanın özü üçün fəlakətə çevrildi. Bəli, Rusiya göründüyü kimi, daha doğrusu təqdim edildiyi kimi, güclü dövlət deyil və məhvə məhkumdur.
İnkaredilməz faktdır ki, Rusiya-Ukrayna müharibəsi əslində Qərb-Rusiya müharibəsidir və hədəf Rusiyanın məhz özüdür. Rusiya Ukrayna tələsinə öz xüsusiyyətlərinə uyğun salındı və Rusiya Ukrayna anbisiyası ilə həm Qərbi öz sərhədlərindən çəkindirmək,  həm də keçmiş sovet respublikalarına mütləq nəzarətini bərpa etmək niyyətində idi. Ukraynada Rusiya ordusunun vəziyyəti faciəvi şəkil aldıqca Putin özünü daha da aqressiv aparacaq, müharibə cinayətlərini genişləndirəcək, amma bu xətlə Rusiya onun üçün cızılmış xətti, taleyi dəyişə bilməyəcək. Rusiya - Ukrayna müharibəsi həlledici fazaya keçib. Əvvəla qeyd edim ki, Qərb Rusiyanı elə bir vəziyyətə saldı ki, Moskva müharibədən çıxa və ziyanın yarısından geri qayıda bilmədi. 10 mart Rusiya-Ukrayna danışıqlarının Antaliya görüşünə qədər faktiki Rusiya Ukraynada öz ordu gücünün yarıdan çox hissəsini itirmişdi və bu görüşdən müharibədən çıxmağa bəhanə, səbəb əldə etmək istəyirdi. Ancaq, Qərb müharibənin dayanmasına haqlı olaraq imkan vermədi və Rusiya məcbur edildi ki, hərbi gücünün son ehtiyatlarından istifadə edib təmiz müdafiəsiz hala düşsün. Rusiyada məğlubiyyətini etiraf edib, Ukraynanı tərk etmək əvəzinə növbəti səhvini buraxdı və ordusunun son qalıqlarını səfərbər edib müharibənin növbəti fazasına başladı və Qərbə də məhz bu lazım idi hansı ki, Putin hikkəsindən Rusiyanın özünə qarşı istifadə olundu. Növbəti mərhələ Rusiyanın ordu qalıqlarını məhv etməklə, müharibəni Rusiya ərazisinə keçirməkdir. İlk növbədə Donbasın azad edilməsi plandadır. Krımın azad edilməsi isə Putin hakimiyyəti dövründə nüvə silahından istifadəyə gətirə bilər. Bu ehtimallara əsasən, Krımın azad edilməsi Putinin hakimiyyətdən getməsindən sonrakı vaxta saxlanılır. Rusiyanın Ukraynada rüsvayçı məğlubiyyəti, Donbasın azad edilməsi, müharibənin Rusiya ərazisində hiss edilməsi, rus aliqarxların və siyasi elitasının düşdüyü real vəziyyət, ölümcül iqtisadi durğunluq və böhran  Putin hakimiyyətinin bir mənalı sonunu gətirəcək. Sözsüz ki, Putin devrildikdən sonra salamat qalarsa, harada  olsa da müharibə cinayətkarı kimi mühakiməsi tam mümkündür. Yekun olaraq qeyd edim ki, Rusiya Ukrayna tələbindən çətin slamat buraxılsın və Rusiyanın indiki əraziləri daxilində mövcudluğu çox böyük sual altındadır. Rusiyanın Ukrayna müharibəsində tam zəifləməsini Qərb və NATO ilə yanaşı gözləyən digər ölkələr var ki, bir başa Rusiyaya qarşı müharibə edəcək. Bu sırada Yaponiya birinci yerdədi, Çin də Rusiyaya qarşı pusquda duran əsas ölkələrdən biridir. Avropa istiqamətində isə, bir sıra dövlətlərin sərhədlərin də dəyişəcəyi ehtimalı da çox yüksəkdir. Çanaqqala zəfərinin yüzilliyi ərəfəsində özünü büruzə verən və həmin o müəyyənləşdirilmiş yeni düzən yekun mənzərəni formalaşdırır. Yeni düzənin "osu" isə türk, anqla-sakson sütunudur. O ki, qaldı Xankəndində və ətraf ərazilərimizdə olan ruslara, Moskvanın Azərbaycanda Xankəndində yeni-yeni təxribatlara əl atmaqla hakim olduğunu göstərməyə çalışacaq və Rusiya son nəfəsədək daha böyük təxribatlar törədəcəyi şübhəsizdir. Rusiya Azərbaycanın istəklərinə qarşı çıxmaq imkanlarından məhrumdur, Azərbaycan Xankəndi və ətraf ərazilərlə bağlı istəklərini yaxın zamanlarda reallaşdıracaq, ancaq hədəflərimiz tarixi ərazilərimiz kimi, daha böyükdür. Rusların Qarabağdan nəinki, ümumən Cənubi Qafqazdan getməsi mütləq prosesdir. Vüqar Dadaşov MCP SŞ-nın üzvü, politoloq 
Siam.az
Tarix: 12-04-2022, 14:40
Xəbəri paylaş





Xəbər lenti