"Yaxın günlərdə Regional Təhsil İdarələrinə təyinatlar olacaq" - Nazir




"Regional Təhsil İdarələri yaradılıb və struktur da təsdiq olunub. Yaxın günlər ərzində həmin idarələrə müvafiq yerdəyişmələrlə, yəni yerli təhsil şöbələrində çalışan insanların yeni struktura köçürülməsi, eləcə də müvafiq qaydada yeni təyinatların olması da nəzərdə tutulub".
"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir hesab edir ki, bu ayın sonuna qədər Regional Təhsil İdarələrinin ilkin səviyyədə tam fəaliyyəti təmin olunacaq.
Tarix: 13-04-2022, 11:55
Xəbəri paylaş





Xəbər lenti