“DÜNYA BİZƏ DEYİR QARABAĞDAN İMTİNA EDİN...” – Paşinyandan sensasiyalı açıqlamalar



Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentin iclasında mühüm bəyanatlar səsləndirib.
"AzPolitika.info" erməni mediasına istinadla xəbər verir ki, o, beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan, habelə Qarabağın statusu ilə bağlı iddialardan imtina etməkdən yana olduğunu açıqlayıb: "Beynəlxalq ictimaiyyət Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü dünyada tanımayan yeganə ölkə olmanın təhlükəsindən açıq şəkildə danışır. Bu gün beynəlxalq ictimaiyyət bizə deyir: Dağlıq Qarabağ məsələsində "plankanı" bir az aşağı salın. Bununla siz Ermənistan və "Artsax" ətrafında daha böyük beynəlxalq konsolidasiyaya malik olacaqsınız. Əks halda ümidlərinizi bizə bağlamamağınızı xahiş edirik. Bu halda biz sizə kömək edə bilmirik. Amma siz kömək üçün şərait yarada bilərsiz".
Paşinyan bəyan edib ki, beynəlxalq tərəfdaşlar İrəvanın hazırkı mövqeyinin təkcə Qarabağ üçün deyil, həm də Ermənistanın özü üçün böyük təhlükə olduğunu bildirirlər. Onun fikrincə, bu gün dünyada çox az ölkə var ki, öz sərhədləri ilə kifayətlənmir. Məhz bu səbəbdən Paşinyan əmin edib ki, o, Ermənistan üçün sülh gündəliyinin alternativinin olmadığını təkrar etməyə məcburdur.
Baş nazir daha sonra Türkiyə-Ermənistan danışıqlarından bəhs edib. O deyib ki, İrəvan Ankara ilə müzakirələrdə bütün riskləri və tələləri anlayır. Amma eyni zamanda Türkiyə ilə danışıqları davam etdirmək, dialoq qurmaq lazımdır. Paşinyan da hesab edir ki, Türkiyə ilə danışıqlarda durğunluq yaşanmaması üçün hər şeyi etmək lazımdır. Onun sözlərinə görə, Ermənistan prosesin o qədər də sürətli olmayacağını anlayır və bu barədə beynəlxalq tərəfdaşlarına məlumat verir: "Amma bu sürətli nəticələr olmadıqda durğunluq təhlükəsi var. Onun qarşısını almaq üçün kiçik addımlarla irəliləmək lazımdır".
Baş nazir onu da vurğulayıb ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi beynəlxalq tərəfdaşların tam dəstəyini alır: "Əsas məsələ ondan ibarətdir ki, dəstəyin miqyasına və alətlərinə son dərəcə diqqətli olmaq lazımdır, çünki söhbət ikitərəfli münasibətlərdən gedir".
Tarix: 13-04-2022, 13:38
Xəbəri paylaş





Xəbər lenti