Zelenski və Putin görüşə bilərmi? Müharibədə fasilə kimə xeyirlidir?

 
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun açıqlamasından görünür ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşününün təşkili üzərində işlər gedir.  
Fikrimcə bu görüşün yaxın zamanlarda baş tutmaşı qeyri-mümkündür.  Sözsüz ki, Ukrayna tərəfi müharibə onun ərazisində getdiyindən daha çox maraqlı tərəf kimi görünür hərçənd ki,  indiki vəziyyətdə Ukrayna müharibənin dayandırmaq niyyətində deyil. Ona görə ki, müharibənin ilk günlərində, Ukrayna üçün çətin dövrdə Zelünski Putinə dəfəkərlə şəxsi görüş təklif edərkən Putin buna razılıq vermədiyi halda, Ukrayna ordusu müharibədə dönüş edib, Rusiyanı məğlub etdiyi halında və Rusiya sürətlə geri çəkildiyi zamanda    müharibəni dayandırmaq Ukrayna maraqlarına zərbədir çünki, bir sıra ərazilərlə yanaşı, 2014-cü ildən Doneçski, Luqanski vilayətləri və Krım Rusiyanın hələ işğalındadır. Və müharibənin faktiki gedişi göstərir ki, Ukrayna ordusu bu əraziləri də azad etmək iqtidarındadır,  rus ordusu isə nə döyüşmək istəyir, nə də döyüşmək bacarmır - bu halda Ukrayna hansı məntiqlə müharibəni dayandırsın ki?! Baxmayaraq ki, Ukrayna prezidenti diplomatik və siyasi gedişlər edərək danışıqlara hər an hazır olduğunu bildirir.  Digər tərəfdən, Ukrayna prezidenti Zelenskinin NATO-nu sərt tənqid etməyi də əslində Qərbin, NATO-nun Ukraynaya hərbi və maliyyə köməyini daha da artırmağa yönləndirmək məqsədi daşıyır və Zelenskinin tənqidi əslində inciklik əlaməti yox, siyasi və hərbi məqsədlərinin daha genişliyinin əlamətidir. ABŞ prezidenti Co Baydenin və rəsmilərin  Putini müharibə cinayətkarı adlandırması və ümumən Rusiyanı soyqırımda ittiham etməsinin "geriyə" dönüşü yoxdur və mütləq bu "partiya" sona qədər oynanılmalıdır ki, Qərbin Rusiya ilə bağlı planları reallaşsın. Bəllidir ki, və hətta Putinin də qeyd etdiyi kimi, Qərb müharibənin dayanmasına qətiyyən yol verən deyil. Zelenskinin publik çıxışlarından asılı olmayaraq, Ukrayna hərbi uğurunu inkişaf etdirərək ərazilərini işğaldan azad etmək istəyir. Göründüyü kimi, bu müharibədə hər kəsin öz marağı var: Ukrayna ərazilərini azad etmək, Qərb isə hazırladığı Ukrayna tələsi ilə Rusiyanı məhv etmək niyyətindədir. Necə deyərlər, NATO və Qərb üçün Ukrayna Rusiyaya qarşı vasitədir, istəklər ayrı olsa da hədəf eynidir, hədəf Rusiyadır. Onun üçün də Zelenski və Putin görüşü mümkünsüz görünür. Görüşü mümkünsüz edən əsas amillərə Putinin şəxsi xüsusiyyəti də təsir edir. Belə ki, müharibə öncəsi Zelenskini aşağılayan və onu prezident yox, "yaxşı aktyor"adlandıran Putin rəzil halında Zelenski ilə danışıqlara  oturmaz, buna Putinin hikkəsi və qüruru yol verməz. Rusiya ordusunun nüfuzu sıfırlandığı bir vəziyyətdə, Ukraynada heç bir vacib qələbə qazana bilmədiyi halda, Putin alçatmağa çalışdığı Zelenskiyə hansı şərtlər irəli sürə bilər ki, necə deyərlər Zelenskinin isə  bəli şərtləri faktiki Rusiyanın kapituliyasiyası tələbidir - Putin buna eşitmək istərmi?! Hər bir halda Ukrayna prezidenti Zelenski ilə Rusiya prezidenti Putinin görüşünün baş tutacağı müşkül məsələdir və hətta görüş təşkil olunsa da belə, indiki vəziyyətdə Rusiya-Ukrayna müharibəsinin dayandırılacağının ehtimalları yox  dərəcəsindədir.
Vüqar Dadaşov MCP SŞ-nın üzvü, politoloq
Siam.az
Tarix: 14-04-2022, 18:03
Xəbəri paylaş





Xəbər lenti