2003-cü ildə ABŞ və Britaniyanın kütləvi qırğın silahı bəhanəsilə İraqa hərbi müdaxiləsi, yəqin ki, hamının yadındadır. O zaman baş verənlərə etiraz edən Rusiya indi özü analoji üsuldan istifadə edir. Musavat.com-un xəbərinə görə, bu barədə “Caliber”in yeni süjetində məlumat verilir. Videomaterialda bildirlir ki, Rusiya Ukraynada ABŞ-a məxsus biolaboratoriyaların olduğunu iddia edir. Lakin təəccüblüsü burasıdır ki, son zamanlarda bu iddialarda Azərbaycanın da adı hallanır. Belə ki, ölkəmiz həmin obyektlərin maliyyələşdirilməsində günahlandırılır. Daha ətraflı “Caliber”in yeni süjetində: