"Xankəndidəki ermənilər Rusiyanın növbəti "yeni ərazisi" olmağa can atırlar" - QUBAD İBADOĞLU


"Paşinyan Qarabağla bağlı iddialardan çəkinməklə Azərbaycanı da Rusiya ilə qarşı-qarşıya qoyaraq, bizim durumu daha da mürəkkəbləşdirib"
"Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü və söhbətində Qarabağda sabitliklə bağlı "bir çox problemlərin qaldığını" dedi. TASS-ın açıqladığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı digər məsələlərlə yanaşı, təhlükəsizlik mövzularını və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə olunub. Putin deyib ki, "əlbəttə ki, bizim diqqətimiz təhlükəsizlik məsələləri, o cümlədən Qarabağla bağlı olacaq. Çox problemlər qalmaqdadır, mən sizinlə razıyam". Paşinyan vurğulayıb ki, Rusiya regionda sabitlik və təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır. Putin tərəflərin bir sıra sənədlərin imzalanmasının planlaşdırıldığına diqqət çəkib. Ermənistanın baş naziri də öz növbəsində, Putinlə səmərəli danışıqlara ümid etdiyini bildirib". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu qeyd edib.
Tərəflərin mütəffiqlik bəyannaməsini imzalamadıqlarını deyən partiya sədrinin sözlərinə görə, bəlli oldu ki, daha çox Qarabağdan danışdılar və hər iki tərəf bu məsələdə Rusiyanın həlledici rolunu bir daha bəyan etdilər: "Görünür, Paşinyan Qarabağla bağlı iddialardan çəkinməklə Azərbaycanı da Rusiya ilə qarşı-qarşıya qoyaraq, bizim durumu daha da mürəkkəbləşdirib. Moskva görüşündə Qarabağda sabitliklə bağlı "bir çox problemlərin qaldığını" bəyan etməklə həm də rus qoşunlarının hələ bizim ərazimizdə qalacağına işarə etdilər".
Qubad İbadoğlu əlavə edib ki, Xankəndidəki ermənilər işğal edilmiş Ukrayna vilayətlərindən sonra Rusiyanın növbəti "yeni ərazisi" olmağa can atırlar: "İnşallah, Ukrayna vilayətlərinin işğalı rusların, Rusiyanın ərazisi olmaq da Qarabağ ermənilərinin gözündə qalar. Amin!"
Tarix: 20-04-2022, 14:32
Xəbəri paylaş





Xəbər lenti