"Putinlə danışıq aparmaq - artıq ayağından yapışmış timsahla danışmaq kimidir..."
Böyük Britaniyanın baş naziri Boris Conson hesab edir ki, Ukrayna ilə bağlı istənilən sülh danışıqlarının uğursuzluqla nəticələnməsi ehtimalı var, çünki Vladimir Putinlə danışıqlar “artıq ayağından yapışmış timsah”la sövdələşməyə bənzəyir. Moderator.az xəbər verir ki, bu haqda "Reuters" agentliyi və "BBC"-nin rus xidməti məlumat yayıb.
Çərşənbə günü Hindistana yola düşərkən jurnalistlərə danışan Conson təxmin edib ki, Putin nə vaxt güclü mövqedən danışıqlar apara bilsə, Ukrayna ilə real danışıqlar istəyəcək, lakin o zaman da Kiyevi yenidən almağa cəhd edə bilər.
Zelenskinin niyyətlərinə gəlincə, Conson deyib ki, o, Rusiya qoşunlarını Ukraynanın şərqindən çıxarmaq istəyir, lakin Krımla bağlı danışıqlara razılıq verə bilər.
"Ukraynalıların indi Putinlə necə danışıqlar apara biləcəyini anlamaq çox çətindir, çünki onun açıq-aşkar vicdansızlığı göz qabağındadır. Onun bəlli olan strategiyası Ukraynanın mümkün qədər çox hissəsini ələ keçirmək və güc mövqeyindən danışıqlar aparmaq üçün bir şey qazanmaq üçün çalışmaqdır.
Ukrayna prezidentinin fikrincə, – əgər mən onu düzgün başa düşmüşəmsə, onunla çox danışıram – o, həqiqətən də Rusiya qoşunlarının Donetsk və Luqanskdakı hazırkı mövqelərindən çıxarılmasını istərdi. Bu, kifayət qədər maksimalist mövqedir, lakin Krımda onlar o qədər də maksimalist deyillər.
Ayağın çənələri arasında olan timsahla necə danışıq aparmaq olar? Bu, ukraynalıların üzləşdiyi çətinlikdir. Sadəcə olaraq strategiyanı davam etdirmək, onları silahla təmin etmək lazımdır”- deyə Britaniya hökumət başçısı vurğulayıb.
Tarix: 21-04-2022, 11:06