İran hakimiyyəti Şuşadakı qurultayla bağlı “od püskürür” — ŞƏRH


“Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı əslində bütün dünya azərbaycanlılarının bir ideya ətrafında birlik nümayişidir”. DİA.AZ xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Politoloqun sözlərinə görə, bu birlik nümayişi təkcə Şimali Azərbaycana aid olan məsələ deyil: “Bu, həm də 35-40 milyonluq Cənubi Azərbaycan türklərinə aid bir məsələdir. Bunu da İran hər zaman özü üçün böyük təhlükə sayır. Onun Azərbaycana olan bütün düşmənliklərinin arxasındada yatan məhz bu amildir. Çünki hər zaman fars şovinizmi türklərdən qorxublar və fars dövlətinin yenidən bir türk dövlətinə çevrilmək qorxusu ilə gecə-gündüz yatıb dururlar”.

N.Miri qeyd edib ki, İranın Azərbaycanın bütün düşmənləri ilə birgə mütəffiqlik etməsinin səbəblərinin də arxasında da yatan əsas qayə məhz budur: “Bütün Türk Dünyasının mədəniyyət mərkəzi Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı əslində bütün dünyaya, o cümlədən Azərbaycanı özünə düşmən sayan bütün ölkələrə verilən bir birlik, güc nümayişidir. Burada da birinci xoflanan məhz İran dövləti oldu. Kimlərsə xoflanırsa və bu məsələdən qorxursa səs də həmişə birinci onlardan çıxır. Bununla da, İran dolayısı ilə nümayiş etdirmiş oldu ki, Azərbaycana bir dost deyil, sözün əsl mənasında düşmən dövlətdir”.
Tarix: 22-04-2022, 18:54
Xəbəri paylaş





Xəbər lenti