Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Tərtər rayonunda səfərdə olub

Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Tərtər rayonunda səfərdə olub
Yaponiyanın Azərbaycandakı səfirliyi və BMT QAK-in Azərbaycandakı
nümayəndəliyinin təşkilatçılığı ilə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri
Doktor Anio Kananin Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Vətən müharibəsi
zamanı dağıntılara məruz qalmış ərazilərlə tanış olmaq məqsədilə Tərtər rayonunda
olub.
SİAM.AZ xəbər verir ki, Doktor Anio Kanai Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov tərəfindən qəbul edilib. Rayon rəhbəri ona Vətən müharibəsi zamanı Tərtər
rayonuna dəymiş ziyanla bağlı məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsi
zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən
16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun
infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr
evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər
Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat
vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəymiş, dağıntılar olmuşdur.
Dinc əhali 16 mülki şəhid verib, erməni vandalları tərəfindən şəhər
qəbirstanlığının atəşə tutulması nəticəsində dəfndə iştirak edən 4 nəfər həlak olub.
Qonaq Ermənistan silahlı qüvvələrinin “Smerc” raketləri ilə hücumu nəticəsində
Tərtər şəhəri, Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun dağılmış, hazırda
erməni vandalizminin sübutu kimi saxlanılan ev muzeyinə və onun yerinə inşa olunmuş
yeni evdə yaradılan şəraitlə də tanış olub, ermənilər tərəfindən Tərtər rayonuna müxtəlif
tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən
müharibəsi zamani rayona dəymiş ziyanı əks etdirən fotostentlərə baxıb, sonra isə
müharibə vaxtı rayonda mülki müdafiə qərargahının fəaliyyət göstərdiyi ərazidə olub,
ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsinə baxıb.
Doktor Anio Kananin ətraflı məlumata və səmimi qəbula görə öz razılığını ifadə edib.

Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Tərtər rayonunda səfərdə olub
Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Tərtər rayonunda səfərdə olub
Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Tərtər rayonunda səfərdə olub
Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Tərtər rayonunda səfərdə olub


Tarix: 6-09-2022, 14:52
Xəbəri paylaş





Xəbər lenti