"Putinin hakimiyyətdən uzaqlaşdırılması ehtimalı da az deyil" - ŞƏRH


“Moskva və Sankt-Peterburqun 17 bələdiyyə dairəsinin bir qrup deputatı müraciət yayaraq Putini istefaya çağırıb. Bundan əvvəl Moskvanın Lomonosov bələdiyyəsinin üzvləri Putini istefaya dəvət etmiş, Sankt-Peterburqun Smolninskoye bələdiyyəsinin üzvləri isə Dövlət Dumasına müraciət edərək Konstitusiyanın 93-cü maddəsi əsasında prezidenti vətənə xəyanətə görə vəzifədən kənarlaşdırmağı təklif etmişdilər. Bunlar hələ ki çox-çox kiçik qığılcımlardır. Amma Ukraynada məğlubiyyətlər davam etdikcə, hansı ki davam edəcək, bu qığılcımların alova çevrilməsi ehtimalı var”.
 
Siam.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

Ş.Cəfərli bildirib ki, xüsusən Moskva və Peterburqdakı intelligensiya və orta təbəqə nümayəndələrinin xofu üzərindən ataraq ayağa qalxması sürpriz olmaz: “Putinin hərbi, kəşfiyyat, siyasi və biznes elitalarının, yaxud onlardan bir qisminin konsensusu ilə hakimiyyətdən uzaqlaşdırılması ehtimalı da az deyil”.Pravda.az
Tarix: 12-09-2022, 22:44
Xəbəri paylaş





Xəbər lenti