Rusiya PARÇALANACAQMI? - GƏLİŞMƏ

Rusiya PARÇALANACAQMI?
“Rusiya Ukraynada özünü çox pis aparıb, hətta işğal etdiyi ərazilərə təyin etdiyi şəxslərlə sadə ukraynalılar arasında ciddi problemlər də yaşanıb. Məsələn, Rusiyanın Xerson vilayətinə təyin etdiyi bir erməni məmur rayonu boğaza yığıb. Belə tiplər hər cür əxlaqsızlıqla məşğuldur. Belə olan halda Rusiya Ukraynada necə qələbə qazana bilər?”.

SİAM.AZ xəbər verir ki, bunu Reyting.az-a professor Cümşüd Nuriyev deyib.

C. Nuriyev əmindir ki, Ukrayna savaşındakı arda-arda uğursuzluqlar Rusiya daxilində ciddi əks-səda doğuracaq.

Professor xatırladıb ki, general-polkovnik İvaşovun liderliyi ilə “Rusiyanın xilası” adlı təşkilat və digər fərqli qurumlar yaradılıb. C. Nuriyevin iddiasına görə, mümkündür ki, belə təşkilatların hətta terrorla olsa belə, Putini aradan götürmək, hakimiyyətə gəlmək planları olsun: “Bu da Rusiyaya xas ənənədir. Vaxtilə bunun istiqamətini Lenin dəyişdi. Putini ya hakimiyyətdən salacaqlar, ya da sui-qəsd edəcəklər. Onun komandası da yoxdur. Yaxın ətrafında olanlar da real vəziyyəti bilir. Bunlar həddən artıq pis durumdadır, böyük səhvlərə yol veriblər. Məsələn, onlar normalda Xerson və digər ərazilərə girməməli idi. Üstəlik, Ukraynada çox azğınlıq və ədalətsizlik etdilər. Ən əsası, düşündülər ki, Ukraynada hər şey həll olunub. Bu, böyük səhv idi”.

C. Nuriyev qeyd edib ki, Ukraynaya ağıl verənlər, ələlxüsus Böyük Britaniyanın rolu son uğurlarda danılmazdır:

“NATO Ukraynaya real dəstək verməyib, yalnız bəyanatlarla kifayətlənib. Almanlar, fransızlar və hətta italyanlar bu məsələdə ikili qaldı, nala-çarxa vurdular. Ancaq igilislər sona qədər Ukraynaya dəstək verir. Niyə? Çünki Londonun öz maraqları var. Nəzərə alsaq ki, ABŞ da ingilislərin nəzarəti altındadır, deməli, bu məsələni sona çatdıracaqlar.

Hazırda dünyanın resurslara böyük ehtiyacı var. Bu resursların 21 faizi Rusiya torpaqlarındadır.

Diqqət etsəniz görərsiniz ki, Rusiya Avropanı qaz, neft və xammalla təmin edirdi. Hazırda Avropa çökür və bu, ABŞ-ın maraqlarına tam uyğundur. ABŞ-a güclü Avropa İttifaqı lazım deyil. Avropa İttifaqı, Rusiya, Çin və Hindistanın fəallaşması ilə çoxqütblü dünya idarəçiliyi yaranırdı. Bu da Britaniya və ABŞ-ın maraqlarına ziddir. Beynəlxalq təhlükəsizliyi öz istədiyi kimi qurur. Çin oyuna düşmədi, ortada Rusiya var və onu dağıdacaqlar. İlin sonuna qədər Rusiya dağılacaq. Rusiyanı qoruya bilməyəcəklər”.
Tarix: 13-09-2022, 09:37
Xəbəri paylaş





Xəbər lenti