Müxalifət partiyalarını bağlamaq təklifini ReAL veribmiş - ittihamlara cavab


 

Natiq Cəfərli: “Hökumət yalnız təkliflərimiz sırasındakı bu hissəni saxlayıb qanun layihəsinə daxil edib”

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi geniş müzakirələrə səbəb olub. Layihədə ən çox narazılıq doğuran məqamlardan biri də 2 dəfədən artıq seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatının ləğv olunması ilə bağlı maddədir. Bu təklifin ReAL Partiyası tərəfindən irəli sürülməsi isə xüsusi narazılıq doğurub. Müxalifət partiyaları bu məsələnin boykot hüququnu məhdudlaşdırdığını önə çəkir və ReAL-ı ciddi tənqid edirlər. Qeyd edək ki, layihəyə əsasən, üzvlərinin sayı 10 min nəfər olmayan partiyaların qeydiyyatı ləğv olunacaq. Bəs parlamentdə təmsil olunan siyasi partiyaların özlərinin neçə üzvü var? Modern.az xəbər verir ki, 3 deputatla parlamentdə yer alan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 19 783 üzvü var. Bu, 2020-ci ildə qeydə alınan statistikaya əsasən belədir. Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasının (AVP) 20 minə yaxın üzvü var. Parlament partiyalarından olan Demokratik İslahatlar Partiyasının isə cəmi 1000 nəfər üzvü olduğu qeyd edilib. Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) Milli Məclisdəki təmsilçisi partiyanın sədri, deputat Elşən Musayevdir. İnternet resurslarında qeyd edilən məlumata əsasən, ADMP-nin 1000 nəfər üzvü var. Deputat Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 15 minə yaxın üzvü var. Böyük Quruluş Partiyasını 10 minə yaxın üzvü olduğu qeyd edilib. Bu statistika sonuncu dəfə 2015-ci ildə təsdiq edilmiş məlumata əsaslanır. Deputat Tahir Kərimli isə sədri olduğu Vəhdət Partiyasının 17 000-dən çox üzvü olduğunu söyləyib. Parlamentdə təmsil olunan Vətəndaş Birliyi Partiyasının üzvləri haqqında məlumat öyrənmək mümkün olmayıb.
“Cırtdan partiyalar” ləğv edilməməyin yolunu  birləşərək, daha böyük partiya təsis etməkdə görə bilərlərmi?
Əgər gündə 2-si öldürülsəydi, 25 ildə 37 min erməni məhv edilərdi… ” – Fərəc  Quliyev – Yenicag.Az
Fərəc Quliyev 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkədəki bütün partiyaların kiçik ölçüdə olduğunu demək olmaz: “Partiyaların bir araya gəlməsi bütün hallarda vacibdir. Hətta sayla bağlı qanunda müddəa ortaya çıxmasaydı belə. Çünki ümumi proqram, məram varsa,  (bu da partiyaların əksəriyyətində eynidir - F.Q.)  Onların bir yerdə fəaliyyəti daha məqsədəuyğun olar. Belə gedərsə, ya partiyalar ləğv edilməlidir, ya da digərləri ilə bir araya gəlməlidir. Razılaşıram ki, əksər partiyaların tələb edilən sayda üzvləri yoxdur. Bizim  özümüzdə departament institutu vardır. Qərbi Azərbaycan, Qarabağ, Güney Azərbaycan, Dərbənd, Borçalı adlı departamentlərimiz fəaliyyət göstərir. Azərbaycanın 70-ə qədər rayonunda təşkilatımız var. Mən bu gün partiyalardan birinin sədri ilə bu yöndə müzakirə apardım. Hələlik ad çəkmək istəmirəm. Həmin partiya da bizimlə birlikdə fəaliyyət göstərmək istəyir. Hələ ki qanun qəbul edilməyib. Əgər bu cür tələblər olarsa, partiyaların  gələcək fəaliyyətinə ciddi təsir edəcək. Partiyaların həcmindən asılı olmayaraq, onlar heç bir müqavilə olmadan da ortaq davranışlar nümayiş etdirə bilərlər. Bu, olduqca vacib şərtdir. Onu da qəbul edirəm ki, bəziləri gündəmdə qalmaq üçün partiya yaratmağı dəb kimi ortaya qoyublar. Bəzilərinə bu fikirim toxuna da bilər. Şərtlərə baxaq, bəlkə rəqəmi kiçildərlər. Belə olacaqsa, inanmıram ki, partiyaların çoxu birləşməyə getsin. Böyük rəqəm saxlanılarsa, ləğv edilməkdənsə, məcburiyyət şəklində birləşmələr ola bilər. Partiyaların fəaliyyəti üçün daha münbit şəraitin yaradılması barədə düşünmək lazımdır”.
Natiq Cəfərli: “Hökumət manatın məzənnəsinə dəyişiklik etmək  məcburiyyətində qalacaq” - BBC News Azərbaycanca
Natiq Cəfərli 
ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli  "Yeni Müsavat"a açıqlamasında bildirib ki, qanun layihəsinə görə onların ittiham edilməsi yanlışdır və məlumatsızlıqdan irəli gəlir: “ReAL Partiyasının irəli sürdüyü sözügedən təklif bir neçə təklifin məntiqi ardıcıllığı idi. Bizim təkliflərin əsas nöqtəsi ondan ibarət idi ki, partiyaların qeydiyyatı tamamilə sadələşdirilməli və ancaq seçkilərə bağlanmalıdır. Bizim təklifdə belə idi ki, bir partiya seçkidə 1000-dən artıq səs yığırsa, həmin partiya avtomatik dövlət qeydiyyatına düşmüş hesab olunsun. Seçkilərdə iştirakla bağlı təşviqata hesablanmış təkilflərimiz də var idi. Seçki komissiyaları ilə, seçki komissiyalarının tərkibləri ilə bağlı, müxalifətin necə təmsilçiliyi ilə əlaqədar təkliflərimiz də təqdim etdiyimiz sənəddə yer alırdı. Bu təkliflərin ardınca da qeyd etmişdik ki, əgər ölkədə normal seçki mühiti yaradılırsa, bütün bunlardan sonra hər hansı partiya ard-arda iki dəfə seçkilərdə iştirak etməzsə, qeydiyyatını itirmiş sayılır. Burada boykot hüququnun pozulmasından söhbət getmir. Bir partiya iki dəfə ard-arda parlament seçkilərində iştirak etmirsə, 10 il, Prezident seçkilərində iştirak etmirsə, 14 il ardıcıl seçkidə iştirak etməyən partiyaya çevrilmiş olur. Bir partiya bu qədər uzun müddətdə seçkilərdə iştirak etmirsə, onsuz da seçicilərin nəzərində ləğv olunmuş, mövcud olmayan partiya statusuna düşəcək. Belə partiyaların isə siyasi partiya kimi fəaliyyət göstərməsi mənasız və məntiqsiz olacaq. Söhbət bundan gedir. Hökumət isə bizim əvvəlki təkliflərimizin heç birini qanun layihəsinə daxil etmədi, yalnız təkliflərimiz sırasındakı bu hissəni saxlayıb qanun layihəsinə daxil etdi. Beləliklə də, bütün o təklifin məntiqini, məzmununu, fəlsəfəsini yerlə bir elədi”.
N.Cəfərli qeyd etdi ki, bütün bunlara görə də ReAl irəli sürülən layihəni, ümumiyyətlə, qəbul etmir: “Çünki onun fəlsəfəsi yanlışdır. Onu yazanların siyasi partiyaların fəaliyyətindən ya başı çıxmır, ya da siyasi partiyanın qeydiyyatını MMC qeydiyyatı kimi təsəvvür edir. Siyasi partiya ideologiyadır, seçkidə iştirakçılıqdır. Seçkilərdə iştirak etməyən qanun layihəsi nəyə lazımdır?! Bizim əsas hədəfimiz ölkədə seçkilərə marağın artırılmasıdır. Bizim təkliflərin məntiqi ardıcıllığı var idi. O məntiqi ardıcıllıq pozuldu. Bizim təkliflərimizin mahiyyəti seçkidə iştirakı təşviq etməkdir. Boykot hüquqdursa, bundan bir dəfə istifadə etmək olar. Ard-arda iki dəfə boykot edilirsə, bu artıq seçkidə iştirakdan özünü kənarda qoymaqdır. Bunu edən partiya isə özünün partiya olmasını şübhə altına salmış olur”. 
Tarix: 14-09-2022, 09:46
Xəbəri paylaş





Xəbər lenti