Seymur Həzi: “Bu qanun layihəsi əgər hazırkı mətnlə qəbul olunsa, ölkədə siyasi müstəvi olmayacaq”

AXCP sədr müavini Seymur Həzi müsahibəsində “Siyasi Partiyalar haqqında” yeni qanun layihəsini şərh edərək deyib ki, bu sənəd “mürtəce xarakter daşıyır və ölkədə siyasi fəaliyyətin məhdudlaşdırılmasına yönəlib”.
Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunmasına zərurət varmı? Ümumiyyətlə hazırda ölkədə bütün siyasi partiyaların, o cümlədən Xalq Cəbhəsi Partiyasının azad fəaliyyəti üçün şərait varmı?
Prinsip etibarı ilə qanun layihələri o zaman zərurətə çevrilir ki, mövcud qanun layihəsi hansısa inkişafın qarşısını alır. Mövcud qanun layihəsi hansısa irəliləmənin qarşısını alır. Ona görə də, siyasi sistem və hüquq sistemi, belə qərara gəlir ki, qanun yenilənsin, daha mütərəqqi olsun. Daha geniş imkanlar yaratsın. Çünki qanunvericiliyin təkmilləşdirilməsinin fəlsəfəsi daha mütərrəqiyə doğruya getməkdir. Ancaq biz hal-hazırda görürük ki, 1992-ci ildə qəbul olunmuş qanun layihəsindən fərqli olaraq yeni təqdim olunan layihə daha məhdudlaşdırıcı qanun layihəsidir. Bu baxımdan belə bir qanun layihəsinə zərurət yoxdur və ehtiyac yoxdur. O ki qaldı siyasi partiyaların fəaliyyətinə, hansı imkanların olmasına məsəl üçün AXCP-nin mərkəzi ofisi yoxdu. Bölgələrin heç birində ofis yoxdur. AXCP sentyabrın 30-da bir piket keçirtməyə cəhd elədi. Piket baş tutdu. Amma necə baş tutdu, bir piketin keçiriləcəyi gün 170 –dən çox insan saxlanıldı polis tərəfindən. Bu açıq-aşkar göstərir ki, siyasi partiyaların ən primitiv, ən sadə ən ibtidai hüquqları yoxdur özündə. Bu, birləşmək hüququdur, ifadə olunmaq hüququdur. Etirazları təşkil etmək hüququdur. Bu baxımdan mən düşünürəm ki, ölkədə siyasi fəaliyyətin təşkil olunması üçün münbit şərait yoxdur. Bu təkcə AXCP üçün deyil, həm də ölkədə real müxalif olan qüvvələrə aiddir.
Qanun layihəsinin hansı müddəaları AXCP-ni qane etmir? Partiyanın yeni qanun layihəsi ilə bağlı rəyi varmı?
Əlbəttə, AXCP bu qanun layihəsi ilə bağlı müzakirə təşkil eləyib bir neçə gün öncə. AXCP öz mövqeyini rəsmən bildirib. Bir neçə müddəa ilə bağlı birbaşa. Əvvəla, siyasi partiyaların qurucularının ən azı 20 il ölkədə yaşaması şərti absurddu. Çünki 18 yaşına çatmış vətəndaşların siyasi fəaliyyətə başlamaq hüququnu məhdudlaşdırmaqdır. Başqa bir məhdudiyyət, 190 min üzvünə qeydiyyata alınma məsələsi başa düşülən deyil. Bütün hallarda bu cür məhdudiyyətlər birləşmə hüququna qarşıdır. AXCP hesab edir ki, siyasi partiyaların fəaliyyətində hər hansı inzibati nəzarətin və ya nəzarətçinin bu hüquqi şəxs kimi də ola bilər. Formalaşdırılması qanunsuzdur. Siyasi partiyanın iradəsinin üzərində heç bir inzibati iradə və ya təftişçi qoyula bilməz. Bu müddəalara görə də biz bu qanun layihəsini kökündən qəbul etmirik.
Qanun layihəsi hazirki mətndə qəbul olunarsa ölkənin siyası mühitinə necə təsir edəcək? Yeni durumda AXCP fəaliyyətini necə quracaq?
Bu qanun layihəsi əgər hazırkı mətnlə qəbul olunsa, ölkədə siyasi müstəvi olmayacaq. Ölkədə siyasi müstəvi tamamilə qapadılmış olacaq. Orada hansısa partiyanın, xüsusilə AXCP-nin qanuni fəaliyyətini tamamilə məhsuslaşdırmağa hesablanıb. Çünki faktiki olaraq hökümət bu cür planların hamısını AXCP–ni sıradan çıxartmaq üçün qurur və bu baxımdan mən düşünürəm ki, hökümətin indi ortaya atdığı qanun layihəsi elə başda AXCP olmaqla siyasi qüvvələri sıradan çıxarmağa hesablanıb və bu qanun layihəsi də qəbul olunsa demək olar ki, siyasi mühit olmayacaq.
Siyasi partiyalar ücüün hüququ mühitin dəyişdirilməsi istiqamətində AXCP-nin fəaliyyət planı varmı? Bu istiqamətdə digər qurumlarla əməkdaşlıq edirsinizmi?
AXCP bu istiqamətdə iki tədbir keçirdib. Bunlardan biri qanun layihəsinin müzakirəsi olub, digəri isə Milli Məclisin qarşısında birləşmək hüququndan istifadə edərək, bu qanun layihəsinə etiraz piketi olub. Bilirsiniz ki, etiraz piketi polis tərəfindən zorakılıqla dağıdılıb. Baxmayaraq ki, AXCP fəal üzvləri fürsət tapıb piketin qətnaməsini media üçün oxuya biliblər. Müzakirələrdə isə ölkədə real müxalifət qüvvələri ilə, Müsavat partiyası ilə, ADR ilə birlikdə vətəndaş cəmiyyətinin fəal üzvləri ilə birlikdə müzakirə aparıb və belə ortaq qənaətə gəlib ki, 1992-ci il ilin qanun layihəsi üzərində yeni alternativ bir layihə hazırlansın və ictiamiyyətə təqdim olunsun. Bu layihə də cəmiyyətin reaksiyası öyrənilsin metodiki yollarla. AXCP bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Mən düşünürəm ki, hökümət artıq ictimai rəyin və beynəlxalq ictimaiyyətin yeni qanun layihəsinə münasibətini nəzərə almalıdır.
Amerikanın Səsi
Tarix: 5-10-2022, 09:05
Xəbəri paylaş





Xəbər lenti