Avropa Komissiyasının rəhbəri: “Avropa iranlı qadınların mübarizə apardığı dəyərlərə inanır”
Ursula fon der Lyayen
"Avropa iranlı qadınların uğrunda mübarizə apardığı dəyərlərə inanır".
“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə ə yazıb.
“Cəsur İran qadınları Avropanın inandığı və müdafiə etməli olduğu dəyərləri - azadlığı və bərabərliyi tələb edirlər. Zorakılığa son qoyulmalıdır. Qadınlar seçim etməyi bacarmalıdır. Bu şokedici zorakılıq cavabsız qala bilməz. Bu repressiyaya görə məsuliyyət daşıyanların cəzalandırılmasının vaxtı çatıb”, - o qeyd edib.
Tarix: 13-10-2022, 08:17