NATO admiralı ilə Çin səfiri arasında Ukraynaya görə mübahisə düşdü - Təfərrüat


Çinin İslandiyadakı səfiri He Rulonq və NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı - North Atlantic Treaty Organization) Hərbi Komitəsinin sədri admiral Rob Bauer Ukraynada gedən müharibə ilə bağlı mübahisə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin iddiasına görə, hadisə İslandiyanın paytaxtı Reykyavikdə baş tutan Arktika Dairəsi Assambleyasında baş verib. Belə ki, Bauer çıxışı zamanı Çinin Alyansın dəyərlərinə hörmət etmədiyini, həmçinin dünyanın hüquqi nizamını pozduğunu deyib. He Rulonq isə admirala çıxışının təkəbbürlə dolu olduğunu bildirib.
Çin diplomatının sözlərindən sonra admiral ondan soruşub ki, niyə Çin üçün suverenlik prinsipinin vacibliyinə baxmayaraq, Pekin Rusiyanı Ukraynada xüsusi hərbi əməliyyat keçirməsinə görə hələ də qınamır. Buna He Rulonq cavab verib ki, Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi tarixi perspektivi nəzərə alır və dünya Ukraynada baş verənlərin “əsas səbəbini” başa düşməlidir.
Tarix: 16-10-2022, 15:25
Xəbəri paylaş





Xəbər lenti