Vladimir Putin nə düşünür və nə planlaşdırır?

Bu, hələ Rusiya Ukraynanı işğal etməmişdən əvvəl aylardır verdiyimiz sualdır. Vladimir Putin nə düşünür və nə planlaşdırır? İmtina bildirişini çox tez aldım. Məndə Kremlin büllur kürəsi (falçıların istifadə etdiyi “sehrli” billur kürə-red.) yoxdur. Vladimir Putinə birbaşa zəng də vura bilmirəm.
Keçmiş ABŞ Prezidenti George Bush bir dəfə Vladimir Putinin gözlərinin içinə baxdığını və “ruhunu hiss etdiyini” söylədi. Görün, bu, Rusiya ilə Qərb arasında münasibətlər üçün nə qədər yaxşı başa çatıb.
Beləliklə, Kreml liderinin beynindəkiləri öyrənməyə çalışmaq hər nə qədər nankor iş olsa da, cəhd edilməsi vacibdir. Ola bilsin ki, Moskvanın son nüvə zərbələri təhdidi fonunda bu, həmişəkindən daha çox vacibdir.
Rusiya Prezidentinin təzyiq altında olduğuna şübhə yoxdur. Vladimir Putinin Ukraynadakı qondarma “xüsusi hərbi əməliyyatı” onun üçün yaxşı olmayıb. O bir neçə gün davam etməli idi. Ancaq artıq səkkiz aydır və bunun sonu görünmür.
Kreml “ciddi” əsgər itkilərini etiraf edir; Son həftələr Rusiya ordusu Ukraynada əvvəllər işğal etdiyi əraziləri itirir.
Qoşunların sayını artırmaq üçün keçən ay Prezident Putin qismən səfərbərlik elan edib, halbuki əvvəlcə bunu etməyəcəyində israrlı idi. Bu arada sanksiyalar Rusiya iqtisadiyyatını çökdürməkdə davam edir.
Beləliklə, Putinin düşüncə vəziyyətinə qayıdaq. O, hər şeyi səhv başa düşdüyünü, işğal qərarının əsaslı səhv olduğunu düşünəcəkmi? Elə güman etməyin.
Rusiyanın “Nezavisimaya qazeta” qəzetinin sahibi və baş redaktoru Konstantin Remçukov hesab edir ki, “Putinin təsəvvürləri bu münaqişədə bütün vəziyyəti idarə edir”.
“O, nüvə gücü olan avtoritar liderdir. O, bu ölkədə rəqibsiz liderdir. Onu qıcıqlandıran bəzi güclü inancları və təsəvvürləri var. O, bunun vaciblik baxımından ekzistensial olduğuna inanmağa başlayıb. Təkcə özü üçün deyil. Həm də Rusiyanın gələcəyi üçün”.
Əgər bu münaqişə ekzistensialdırsa, Prezident Putin onu qazanmaq üçün nə qədər irəli getməyə hazırdır?
Son aylarda Rusiyanın yüksək vəzifəli məmurları (o cümlədən Putinin özü) Kreml liderinin bu münaqişədə nüvə silahından istifadə etməyə hazır olacağına dair incə işarələr verirlər.
ABŞ Prezidenti Joe Biden CNN-ə “Mən düşünmürəm”,- deyib – “Ancaq hesab edirəm ki, onun bu barədə danışması məsuliyyətsizlikdir”, – o əlavə edib.
Rusiya qoşunları sentyabr ayında Ukraynanın demək olar ki, bütün şimal-şərqindəki Xarkov vilayətindən alçaldıcı bir şəkildə geri çəkilməyə məcbur oldular.
Şəklin alt yazısı,Rusiya qoşunları sentyabr ayında Ukraynanın demək olar ki, bütün şimal-şərqindəki Xarkov vilayətindən alçaldıcı bir şəkildə geri çəkilməyə məcbur oldu.
Bu həftə Rusiyanın Ukraynanı intensiv şəkildə bombalaması Kremlin ən azı Kiyevlə münasibətləri gərginləşdirməyə qərarlı olduğunu göstərir.
Qərblə də?
Veteran liberal siyasətçi Qriqori Yavlinski hesab edir ki, “o, Qərblə birbaşa qarşıdurmadan qaçmağa çalışır, lakin eyni zamanda buna hazırdır”.
“Mən ən çox nüvə münaqişəsinin mümkünlüyündən qorxuram. İkincisi, sonu olmayan müharibədən qorxuram”.
Ancaq “sonsuz müharibə” tükənməz resurslar tələb edir. Bu, görünür, Rusiyada yoxdur.
Ukrayna şəhərlərinə raket zərbələri dalğası dramatik güc nümayişidir, lakin Moskva buna nə qədər davam edə bilər?
“Bu raket axınını günlərlə, həftələrlə, aylarla davam etdirə bilərsinizmi? Bir çox ekspertlər bizim kifayət qədər raketlərimiz olduğuna şübhə edirlər”, – cənab Remçukov deyir.
“Həmçinin, hərbi baxımdan, heç kim deməyib ki, yekun [Rusiyanın] qələbəsinin əlaməti nə olacaq? Qələbənin simvolu nədir? 1945-ci ildə bu, Berlin üzərində bayraq idi. Uğur meyarları indi nədir? Kiyev üzərində [banner]? Xerson və ya Xarkov üzərində? Mən bilmirəm. Heç kim bilmir”.
Vladimir Putinin bilib-bilmədiyi də bəlli deyil.
Hələ fevral ayında Kremlin məqsədi Ukraynanı sürətlə məğlub etmək idi. Bunula Rusiya qonşusunu uzunmüddətli müharibə olmadan yenidən Moskvanın “orbitinə” qayıtmağa məcbur etməliydi.
O, səhv hesabladı.
O, Ukrayna ordusunun və xalqının öz torpaqlarını müdafiə etmək əzmini az qiymətləndirdi və görünür, öz ordusunun imkanlarını da həddən artıq qiymətləndirdi.
İndi nə düşünür?
Vladimir Putinin hazırkı planı ilhaq etdiyini iddia etdiyi Ukrayna ərazisi üzərində nəzarəti möhkəmləndirmək və sonra münaqişəni dondurmaqdır?
Yoxsa o, bütün Ukrayna yenidən Kremlin təsir dairəsinə düşənə qədər irəliləməkdə qərarlıdır?
Bu həftə Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev yazıb:
“Ukrayna dövləti indiki konfiqurasiyasında… Rusiya üçün daimi, birbaşa və açıq təhdid olacaq. Hesab edirəm ki, gələcək fəaliyyətlərimizin məqsədi Ukraynanın indiki siyasi rejimini tamamilə sıradan çıxarmağı başa çatdırmaq olmalıdır”.
Cənab Medvedevin sözləri Prezident Putinin düşüncəsini əks etdirirsə, uzun sürən və qanlı münaqişəni gözləyin.
Rusiya qoşunları fevral sentyabr Ukraynanın Xarkov vilayəti Rusiya-Ukrayna münaqişəsi
Şəklin alt yazısı,Rusiya ordusu 300 min ehtiyatda olan əsgəri səfərbər etmək istədiyini deyir, lakin ölkə daxilində bu hərəkətə qarşı artan müxalif fikirlər var.
Ancaq istər-istəməz cənab Putinin xaricdəki hərəkətləri ölkə daxilində öz nəticələrini göstərir. İllər ərzində Kreml səylə Putinin “Cənab Stabillik” imicini inkişaf etdirdi və Rusiya ictimaiyyətini onun rəhbərliyi müddətində təhlükəsizlikdə olacaqlarına inanmağa təşviq etdi.
İndi bunu satmaq çətindir.
“Putin ilə cəmiyyət arasında əvvəlki müqavilə “mən səni qoruyuram” idi”, – cənab Remçukov deyir.
“Uzun illər əsas şüar “proqnozlaşdırma” idi. Bu gün nə cür proqnozlaşdırıla bilən var? Konsepsiya başa çatıb. Heç nə proqnozlaşdırıla bilməz”.
Bu gün hansı proqnozlaşdırma mümkündür?
“Konsepsiya bitdi. Heç nə proqnozlaşdırıla bilən deyil. Mənim jurnalistlərim bu gün evə qayıdanda çağırış vərəqələrini alıb-almayacaqlarını bilmirlər”.
Vladimir Putinin Ukraynanı işğal etmək qərarı çoxlarını təəccübləndirib. Ancaq cənab Yavlinskini yox.
“Düşünürəm ki, [Putin] bu istiqamətdə irəliləyirdi – o, ildən-ilə bizim indi əldə etdiyimizə gedən yolu tikirdi”, – cənab Yavlinski deyir.
“Məsələn, müstəqil medianı məhv etmək. O, buna 2001-ci ildə başlayıb, müstəqil biznesi məhv etməklə. O, bunu 2003-cü ildə başladı. Sonra 2014-cü ildə Krım və Donbasda baş verənlər. Bunu görməmək üçün kor olmaq lazımdır.
Rusiyanın problemi bizim sistemimizdir. Burada yaradılmış elə bir sistemdir ki, o da öz növbəsində belə bir insan (Putin kimi) yaradıb. Bu sistemin yaradılmasında Qərbin rolu məsələsi çox ciddidir. Problem ondadır ki, bu sistem vətəndaş cəmiyyəti yaratmayıb. Rusiyada çox gözəl insanlar var. Ancaq cəmiyyət yoxdur. Ona görə də Rusiya indi müqavimət göstərə bilmir”.
Bbc
Tarix: 16-10-2022, 16:32
Xəbəri paylaş





Xəbər lenti