Azərbaycanda 4 gün iş olmayacaq


Azərbaycanda 4 gün iş olmayacaq.
Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.
Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən, qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.
Tarix: 18-10-2022, 21:25
Xəbəri paylaş





Xəbər lenti