Tərtərdə YAP-ın yaradılmasının 30 illik yubleyinə həsr olunmuş konfrans keçirilib

Tərtərdə YAP-ın yaradılmasının 30 illik yubleyinə həsr olunmuş  konfrans keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında YAP Tərtər Rayon Təşkilatı rayon icra hakimiyyəti ilə
birgə  Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə  həsr olunmuş konfrans keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin Mərkəzi Meydanında 
ucaldılmış  abidəsini və  “Şəhidlər  abidə kompleks”ini ziyarət  edib, onların xatirəsinə  ehtiram
əlaməti olaraq önünə gül-çiçək dəstələri  düzüblər.
Siam.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Ağalar
Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP idarə heyətinin üzvü Asif Əsgərli, YAP
mərkəzi aparatının əməkdaşı Elman Məmmədov, YAP rayon təşkilatının, idarə, müəssisə və
təşkilatların, İƏD üzrə nümayəndəliklərinin və KİV-nin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin  xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov “Müstəqil Azərbaycan Respublikasının
inkişafında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda  məruzə ilə çıxış edib.
Məruzədə Yeni Azərbaycan Partiyasının yaradılmasından, o dövrdə ölkədəki ictimai- siyasi
durumundan Ulu Öndərə müraciət ünvanlayan 91-lərdən, Ümummilli liderin Yeni Azərbaycan
Partiyasını Ümumxalq Partiyasına çevirməsindən danışılıb. Qeyd olunub ki, Azərbaycan xalqını
ümummilli liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə
də  regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi
porseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. Ulu Öndərin siyasi kursunun
layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri  İlham Əliyevin
rəhbərliyi ilə Qarabağ zəfərindən sonra Azərbaycan dövlətinin gücü-qüdrəti daha da artıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası  İdarə Heyətinin üzvü Asif Əsgərli  bildirib ki, YAP
Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal
iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafına öz töhfələrini verib. YAP-ın
qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın
sədrinə olan sevgisi və  inamı. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaranması
və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə
bağlıdır.
Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış edərək bildirib ki, YAP Azərbaycan dövlətçiliyinin, onun
müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir. Xalqın düzgün seçimi yeni və qüdrətli
Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata
keçirdi və bu gün də bu inkişaf  göz önündədir. 
Konfransda Tərtər rayon Uşaq Musiqi Məktəbinin müəllimi Kərrar Bayramov,Tərtər rayon
R.Səfərov adına Sarıcalı kənd tam orta məktəbinin direktoru Vəsilə Mehtiyeva  və Tərtər şəhər
İƏD üzrə nümayəndə Sahib Həsənov çıxış edərək yeni müasir Azərbaycanın təməl daşı olan Yeni
Azərbaycan Partiyasının yaranması və qısa bir zamanda hakim partiyaya çevrildiyi gündən bu
günədək qət etdiyi şərəfli yoldan, ötən 30 il ərzində qazanılan uğurlardan, xalqın partiyası olan
Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin rəhbərliyi altında bundan yüksək
nailiyyətlərə imza atacağını qeyd ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Yeni
Azərbaycan Partiyasının 30 illik yubleyi münasibəti ilə təbrik edib. Partiyanın hər bir üzvünə
cansağlığı, işlərində yeni uğurlar arzulayıb. Bildirib ki, düz otuz il bundan əvvəl 1992-ci ilin noyabr
ayının 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis konfrans keçirildi. Bu gün sıralarında 800 min nəfəri birləşdirən Yeni Azərbaycan
Partiyası yaradıldı. Bundan bir ay əvvəl isə 91  nəfər vətənpərvər insan Ulu Öndərə müraciət
ünvanlamış, Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər
Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan
Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. Təsis konfransının Bakıda
deyil, Naxçıvanda keçirilməsinə səbəb isə o vaxtkı iqtidarın buna imkan verməməsi idi.
Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün yaradılan Yeni Azərbaycan Partiyası 
sonrakı illərdə ölkəmizin daha da  qüdrətlənməsini, güclənməsini  təmin etdi.  YAP-ın
yaranmasından cəmi 7 ay sonra onun yaradıcısı, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də partiyanın həyatında yeni mərhələnin əsasını qoydu.
Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas
etdi, onun gələcək uğurlarına yol açdı.
1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər
ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir
zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı,
Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan
layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq
arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq
müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.
Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik
etdiyi YAP böyük gücə çevrilib. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri
bütün strukturlarda təmsil olunur və Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar. YAP-ın
30  illik fəaliyyətinə nəzər saldıqda bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu
əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni
Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük
siyasi qüvvədir. Əminik ki, paritiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu
mövqeyini qoruyacaq və daha da gücləndirəcək. Yeni Azərbaycan Partiyasının VII qurultayı tarixi
Zəfərimizin yaratdığı yeni reallıqlara söykənərək keçirildi və qarşıya yeni vəzifələr qoydu. Bu gün
partiyanın hər bir üzvü bu vəzifələrin uğurla icra edilməsinə səy göstərir.
Yeni Azərbaycan Partiyasının üzvlərinin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi
Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş
ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. Ötən il 44 günlük Vətən müharibəsi
nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik
işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.
İcra başçısı çıxışını Ulu Öndərin sözləri ilə tamamlayıb: “Yeni Azərbaycan Partiyası dünənin, bu
günün və gələcəyin partiyasıdır”.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup   YAP  fəalına
“Təşəkkürnamə”, YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə isə partiya vəsiqələri təqdim
edilmişdir.

Tərtərdə YAP-ın yaradılmasının 30 illik yubleyinə həsr olunmuş  konfrans keçirilib
Tərtərdə YAP-ın yaradılmasının 30 illik yubleyinə həsr olunmuş  konfrans keçirilib
Tərtərdə YAP-ın yaradılmasının 30 illik yubleyinə həsr olunmuş  konfrans keçirilib
Tərtərdə YAP-ın yaradılmasının 30 illik yubleyinə həsr olunmuş  konfrans keçirilib


Tarix: 19-10-2022, 21:57
Xəbəri paylaş





Xəbər lenti