"Kreml Cənubi Qafqazı başqalarına vermək və Qarabağdan çıxmaq niyyətində deyil..." - ZİBİLƏ DÜŞMÜŞÜK...
Rusiya tərəfi Paşinyanın guya Moskvanın Qarabağdan əlini üzməsi barədə separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyana verdiyi məlumatı təkzib edib.
Siam.az moderator.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” qəzeti informasiya yayıb.
Erməni qəzeti yazır ki, Ermənistan baş naziri Nikol Paşinyan separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyanla son görüşdə Ermənistanın bundan sonra Qarabağla heç bir əlaqəsi olmadığını və rejimin Bakı ilə birbaşa danışıqlar aparmalı olduğunu bildirməklə yanaşı, Rusiyanın tezliklə Qarabağı tərk edəcəyi səbəbindən Xankəndindəki "hakimiyyət"in Qərbə istiqamət götürməsinin daha yaxşı olacağına eyham vurub...
“Guya Rusiya mövqelərinin zəiflədiyi üçün Türkiyə-Azərbaycan tandemi ilə münaqişəyə girmək istəmir. Paşinyandan alınan məlumat Artsax prezidenti və siyasi qüvvələr üçün bəd xəbər olub. Siyasi dairələr bir neçə gündür ki, Rusiya Federasiyasından gələn bu məlumatın etibarlılığını aydınlaşdırmaq üçün bütün əlaqələrindən istifadə edir. Moskvaya səfər planlaşdırılıb. Odur ki, onlar müxtəlif fiqurlardan bütün bunların nə dərəcədə doğru olduğunu öz “kanalları” vasitəsilə yoxlamağı xahiş ediblər", - deyə erməni nəşri bildirir.
Sonda "Hrapak" yazır ki, guya bu günlərdə Xankəndindən alınan məlumata görə, Rusiyanın müxtəlif yüksək rütbəli dairələri Paşinyanın təqdim etdiyi “xəbərləri” təkzib edərək Cənubi Qafqazı başqalarına vermək və Qarabağdan çıxmaq niyyətində olmadıqlarını bildiriblər...