Ukrayna Budapeşt Memorandumunun 4 bəndinə əməl olunmasını tələb edir - Reznikov
Ukrayna BMT və MAQATE-nin monitorinq missiyalarını dəvət edir və Budapeşt Memorandumunun 4 bəndinə əməl olunmasını tələb edir .Qazet.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov
Twitter mikrobloqunda məlumat verib.
"Ukrayna ordusu hər gün torpaqlarımızı rus çirkabından azad edir. "Çirkli bomba" düşüncəsi bizim üçün iyrəncdir. Biz BMT və MAQATE-nin monitorinq missiyalarını Ukraynaya səfərə dəvət edirik. Dünya Rusiyanın nüvə şantajına cavab verməlidir. Biz Budapeşt Memorandumunun 4-cü bəndinə əməl olunmasını tələb edirik”, - o yazıb.
Bundan əlavə, o, Rusiya Federasiyasının “çirkli” nüvə şantajını şərh edib.
Tarix: 24-10-2022, 09:56