“Rossiya-24” kanalında Azərbaycana qarşı təxribat - Video
Xəbər verdiyimiz kimi, Rusiyanən dövlət kanalı olan “Rossiya-1”də Azərbaycana qarşı təxribat törədilib. Yeniavaz.com xəbər verir ki, Rusiyanın digər dövlət kanalı “Rossiya-24” də Azərbaycana qarşı təxribata əl atıb. Belə ki, kanalda yayımlanan verilişdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı Vaşinqton sənədi tənqid edilib. Çıxış edən erməni əsilli rusiyalı ekspert Semyon Baqdasaryan və İrəvandan olan siyasi şərhçi Ayk Xalatyan Qarabağın Azərbaycanın tərkibində qalmasının "mümkünsüzlüyünü" qeyd ediblər. Qeyd edək ki, daha əvvəl Azərbaycan səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə 2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar antiazərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar rəsmi sərt etiraz notası göndərib.