“Qərb Qarabağı Azərbaycanın tərkib hissəsi kimi görür...”
"Qərb - NATO, nəhayət, Qarabağı Azərbaycana təslim etmək üçün dəqiq vəzifə qoyub". Moderator.az xəbər verir ki, "ArmenianReport"un yazdığına görə, bu fikri terrorçu eks-prezident, Xocalı qatili Serjik Sərkisyanın lideri olduğu Ermənistan Respublika partiyasının icra orqanının üzvü Eduard Şarmazanov ifadə edib.
“Təslimçilər(Paşinyan hökuməti-S.L.)də buna qarşı deyillər. Bu mövzudan başqa hər şeydən danışırlar.
Yenə deyirəm, Qərb Qarabağa Azərbaycanın bir hissəsi kimi baxır", -E. Şarmazanov "Facebook" səhifəsində belə yazıb-
"Hətta belə bir razılaşma ilə bağlı danışıqlar da "Yerablur"(işğalçı erməni ordusunun qəbirisitanlığı-S.L.) üçün xəyanət və hörmətsizlikdir. Bu, 2018-ci ildə ABŞ-dan gələn bədnam Boltonun “tarixi stereotiplərdən əl çəkməyimizi” təklif etdiyi Türkiyə-NATO planıdır. Buna qarşı çıxmayanlar anti-erməni maraqlarına xidmət edir"- deyə rusiyayönlü revanşist erməni siyasətçi vurğulayıb.
Xatırladaq ki, 44 günlük savaşdan bəri bir sıra revanşist erməni siyasətçiləri dəfələrlə baş nazir Nikol Paşinyan və onun hökumətinin də Qarabağı Azərbaycan hesab etdiyini bildirirlər...
Sultan Laçın
Tarix: 26-10-2022, 10:03