Paşinyan: “Ermənistan Rusiyanın təkliflərinə razıdır”
Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır. Bunu Twitter-də Ermənistanın Baş naziri
Nikol Paşinyan yazıb.
“Ermənistan sentyabrın əvvəlində Azərbaycanla dövlətlərarası münasibətlərin Rusiyanın təklif etdiyi baza prinsipləri və parametrləri əsasında qurulması üzərində işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik, Rusiya öz təkliflərini dəstəkləyəcək”, – Paşinyan qeyd edib.
Baş nazir Rusiyanın təkliflərinin nədən ibarət olduğunu açıqlamayıb.
Paşinyan oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə bir araya gəlməlidir.
Azadlıq radiosu
Tarix: 29-10-2022, 10:05