Praqada istinad edilən Alma-Ata bəyannaməsi nə deyir?


Praqada istinad edilən Alma-Ata bəyannaməsi nə deyir?Şarl Mişel, Nikol Paşinyan, Emmanuel Makron, İlham Əliyev

1991-ci il dekabrın 21-də Alma-Ata şəhərində keçmiş sovet ittifaqı ölkələrindən 11 dövlətin iştirakı ilə və Gürcüstanın müşahidəçi qismində iştirakı ilə zirvə toplantısı keçirildi. Bu zirvə toplantısında bir sıra mühim qərarlar qəbul edildi. Başlıca olaraq, SSRİ-nin dağılması ilə bağlı “Belovej” razılaşması bir daha təsdiq olundu. Həmin vaxt 11 müstəqil respublika tərəfindən Müstəqil Dövlətlər Birliyi yaradıldı. Yeni yaranmış birliyin dövlətlərarası siyasi və iqtisadi əlaqələri özündə birləşdirən bir təşkilat olduğu və bir sıra istiqamətlərdə üzv dövlətlərin münasibətlərinin tənzimlənməsini özündə əks etdirirdi.

Bu barədə Bizimyol.info xəbər portalına danışan tarix üzrə fəlsəfə doktoru Anar Əliyev danışıb. O, qeyd edib ki, Alma-Ata bəyannaməsində bir sıra istiqamətlərdə mühüm qərarlar öz əksini tapıb. Bu bəyannamədə 3 və 4-cü bəndlərdə öz əksini tapan istiqamətlərdir ki, bunlar Azərbaycan üçün bu gün istinad edilən vacib istiqamətlərdən biridir.

“Praqada keçirilən görüş zamanı Fransa və Avropa Şurası prezidentlərinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra da istinad verilən Alma-Ata bəyannaməsində məhz bu bəndlər öz əksini tapıb. Həmin bəndlərdə açıq şəkildə 3-cü bənddə qeyd olunur ki, MDB üzvü olan dövlətlər qraşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanıyır. Yəni bu sənədi imzalayan Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və sərhəd toxunulmazlığı ilə bağlı bəyannaməni imzalayıblar. 4-cü bənddə isə qeyd olunur ki, birliyə üzv olan respublikaların dövlət suverenliyi və daxili işlərinə müdaxilə etməməsinə hörmətlə yanaşacğını bəyan edirlər. Hər iki ölkə öz sərhədləri daxilində dövlət suverenliyi və daxili işlərə müdaxilə etməmə (Bu həm də beynəlxalq hüquqdan irəli gələn prinsipdir) öhdəliyi üzərinə götürür. Eyni zamanda bir sıra istiqamətdə vacib məqamlar da qeyd olunub” - deyə politoloq bildirib. Onun sözlərinə görə, burada fəaliyyətlərində Beynəlxalq Hüququn prinsiplərinə və BMT nizamnaməsinə daim istinad olunacağı da əks olunub.
Anar Əliyev əlavə edib ki, Azərbaycan bu günə qədər bu istiqamətdə fəaliyyətini təmin etməyə çalışıb. Çünki bizim fəaliyyətimiz işğal faktı davam etdiyi müddətdə BMT nizamnaməsi, BMT təhlükəsizlik şurasının qərarları beynəlxalq hüququn tətbiq edilməsi ilə bağlı olub. Ermənistan isə, daim bunu pozurdu.
“Bu gün Alma-Ata bəyannaməsi ilə də bu prinsip öz aktuallığını qoruyub, saxlayıb. Eyni zamanda Alma-Ata bəyannaməsində SSRİ-ni varisi kimi Rusiyanın qəbul edildiyi qeyd olunub. Bununla yanaşı, BMT baş assamblyeasında və BMT Təhlükəsizlik Şurasında səsvermə hüququ SSRİ-dən sonra varis kimi məhz Rusiyaya ötürüldüyünü MDB-yə daxil olan respublikalar qəbul etdiklərini təsdiqləyiblər. Yəni ümumi götürüldükdə, mühüm bir razılaşma və Azərbaycanın maraqlarının kompleks şəkildə qəbul edəcəyimiz bir bəyannamədir. Bu bəyannamə MDB-nin formalaşması ilə yanaşı həm də bir çox üzv dövlətlərdə hüquqlarının qorunması və təmin edilməsini, həm də konkret faktlara beynəxalq hüququn prinsiplərinə əsaslanaraq özündə əks etdirən bir razılaşma idi, bəyannamə idi” - deyən politoloq vurğulayıb ki, ötən gün imzalanan Praqa bəyannaməsində də Alma-Ata bəyannaməsinin qəbul edilən qərarlar sırasında 3-4-cü bəndlərə istinad olduğu qeyd edilirdi.
Tarix: 1-11-2022, 11:00
Xəbəri paylaş





Xəbər lenti