“Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq gedir” - Açıqlama


"Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir. Bu, doğru yanaşmadır, unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur, amma bu addımın illərdir dediyimiz hüquqi bazası mütləq olmalıdır".
 
Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O, ölkənin inzibati-ərazi bölgüsünün də dəyişdirilməli olduğunu qeyd edib:
 
"Yeni Konstitutsiyada bir çox məsələlərlə yanaşı ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərgi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməlidir. Böyük Şəhər Bələdiyyələri və seçkili mer institutu təsis edilməlidir – bu, həm də Xankəndində yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlikdir) ölkəyə siyasi-iqtisadi-inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olmaqla yanaşı, ölkənin tamamında da istem islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə, nəhayət ki, start verilmiş olacaq".
 
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib. Onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb.
 
İdarəyə Möhsün Aşurov rəis təyin edilib.
Tarix: 1-11-2022, 15:36
Xəbəri paylaş





Xəbər lenti