Putin sülhməramlılar haqda: ‘Bu məsələlər həllini tapmasa…’

Ermənistanla Azərbaycan arasında gələcək sülh sazişi kompromis nəticəsi olacaq və bunu hər iki tərəf əldə etməlidir. Bunu dünən – oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə deyib.

Sülh sazişi kompromisin nəticəsi olacaq

TASS agentliyi Putinə istinadla yazır ki, hələlik, ortada sülh sazişi yoxdur və əsas sənədlərdən danışmaq üçün tezdir. Çünki belə bir sənəd kompromislər predmetidir və hər iki tərəfin iştirakıyla, onların istəyinə uyğun olaraq, həm də Rusiyanın vasitəçiliyi ilə əldə olunmalıdır.
Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla oktyabrın 31-də Soçidə görüşüb. Görüşün yekunlarına dair birgə bəyanatda tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşmasına, Cənubi Qafqazda sülhə, sabitliyə, təhlükəsizliyə sadiqlik bildiriblər. Tərəflər güc tətbiqindən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə razılşıblar.
Tərəflərin oktyabrın 6-7də Avropa İttifaqının vasitəçiliyi ilə Praqada keçirdiyi görüşlərə münasibəti haqda suala cavablında Putin deyib ki, Rusiya qarşıdurmanın azaldılması və tənzimlənməyə yönəlik istənilən səyləri alqışlayır.
Praqada sammitdən sonra tərəflər ilin sonunadək sülh sazişinin imzalanacağını istisna etməyiblər.

Razılaşdırılmamış məsələlər

Putinin sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan Soçi sammitinin yekunları üzrə üçtərəfli bəyanatda razılaşdırılmamış məsələlər üzərində işi qapalı formatda davam etdirəcəklər, buna xüsusi diqqət ayırmaq lazım deyil.
“Razılaşdırılşmamış məsələlərə gəlincə, bu haqda danışmaq olarmı? Olar, amma lazım deyil. Çünki əgər indiyədək tənzimlənməyibsə, fikrimcə, onlara mətbuatın, ictimaiyyətin diqqətini yönəltmək lazım deyil, sakitcə, qapalı rejimdə razılığa nail olmaq gərəkdir”, – Putin vurğulayıb.
Bu məsələləri tərəflər üçün “çox həssas” adlandıran Putin “tərəfdaşların razılığı olmadan” onları açıqlamaq hüququ olmadığını söyləyib.

Ən dəqiq xəritələr

Onun sözlərinə görə, Azərbaycan- Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ilkin şərtlər razılaşdırılıb. Putin deyir ki, üçtərəfli bəyanatı diqqətlə oxuyanda bu razılaşmaların əldə oluna biləcəyinə dair ilkin dəyərləndirmələri görmək olar.
Rusiya sərhədin demarkasiyası üzrə hələ sovet ordusu Baş Qərargahının ən dəqiq xəritələrini təqdim etməyə hazırdır, Putin vurğulayıb: “Bunlar ən dəqiq xəritələrdir. Bu baza əsasında, tərəflərlə müzakirə edərək irəliləməyə hazırıq. Bu kontaktları, bu danışıqları, bu məsləhətləşmələri davam etdirməyə razılaşdıq”.
Azadlıq radiosu
Tarix: 1-11-2022, 23:51
Xəbəri paylaş





Xəbər lenti