"Kalmıkiya, Tatarıstan, Çeçenistan və Dağıstanda müstəqillik uğrunda mübarizə qızışıb" - XAQANİ CƏFƏRLİ

"ABŞ Konqresi, Avropa Parlamenti və Böyük Britaniya parlamenti Rusiya daxilindəki azadlıq və müstəqillik hərəkatlarını dəstəkləməlidirlər"
"Kalmık Xalq Konqresinin üzvləri "Kalmıkiya Respublikasının dövlət müstəqilliyi haqqında" bəyannamə imzalayıblar. Konqresin bəyannaməsində müstəqillik ideyasını doğuran səbəblərin sırasında Kremlin siyasətinin avtoritar və imperialist mahiyyətili olması, Rusiya tərəfindən işğal olunmuş qeyri-rus xalqlarının mədəniyyətlərinə və dillərinə total hücumlar edilməsi, mərkəzi hakimiyyətin beynəlxalq cinayətlər törətməsi, sərt mərkəzləşdirmə və militarizasiyanın dayandığı qeyd edilir. Kalmık Xalq Konqresi kalmık xalqının iradəsini təmsil edən yeganə ligitim qurumdur". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloq qeyd edib ki, kalmık xalqının liderləri beynəlxalq aləmi Kalmıkiyanın müstəqilliyini tanımağa çağırıblar: "Kalmıkiya ilə yanaşı, Tatarıstan, Çeçenistan, Dağıstanda müstəqillik uğrunda mübarizə qızışıb. Çeçenistan artıq müstəqilliyinin beynəlxalq aləm tərəfindən tanınması mərhələsinə qədəm qoyub". Məhz bu səbəbdən də Xaqani Cəfərli hesab edir ki, ABŞ Konqresi, Avropa Parlamenti və Böyük Britaniya parlamenti Rusiya müstəmləkəsində yaşayan xalqların öz müqədaratını təyin etmə hüququna malik olduqlarını bəyan edərək Rusiya daxilindəki azadlıq və müstəqillik hərəkatlarını dəstəkləməlidirlər.
Tarix: 4-11-2022, 21:28
Xəbəri paylaş





Xəbər lenti