“İspaniyalı deputatlar Azərbaycanla imzalanmış müqavilənin əleyhinə səs verməklə Ermənistanla həmrəylik nümayiş etdiriblər”
“İspaniya parlamentinin aşağı palatası Azərbaycanla imzalanmış beynəlxalq müqaviləni təsdiq etməyib. Sənədin ratifikasiyası ilə bağlı 174 deputat əleyhinə, 132 deputat lehinə səs verib. Söhbət 2021-ci ildə Madriddə Azərbaycanla imzalanmış sənəddən gedir. Bu sənəd Azərbaycanla məxfi məlumatların mübadiləsini və bu məlumatların qorunmasını nəzərdə tutur. İspaniya parlamenti nadir hallarda hökumətin xarici dövlətlə imzalanan sənədi təsdiq etmir. İspaniyalı deputatlar Azərbaycanla imzalanmış müqavilənin əleyhinə səs verməklə Ermənistanla həmrəylik nümayiş etdiriblər”. Pravda.az-ın xəbərinə görə, bunu politoloq
Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu qeyd edib ki, Qərb ölkələrində Ermənistanın mövqeyini anlayışla qarşılayanların sayı artıb: “Erməni lobbisi Avropa ölkələrində və ABŞ-da Azərbaycan əleyhinə fəallığını artırıb. Ancaq İspaniyada elə güclü erməni diasporu yoxdur, buna rəğmən, ispaniyalı deputatların əksəriyyəti Azərbaycanın əleyhinə səs verib. İspaniyadakı səfirimiz və səfirlik əməkdaşlarımız bunun qarşısını almaq üçün hansı addımlar atıblar, deputat qruplarıyla təmasları olubmu?” – E.Şahinoğlu qeyd edib.
Tarix: 5-11-2022, 10:19