İsfəndiyar Vahabzadə HƏP-dən istefa verib: “İstəmirəm, başdaşıma tüpürsünlər”
Haqq Ədalət Partiyasının (HƏP) sədr müavinləri İsfəndiyar Vahabzadə və Qüdrət Qulu partiyadan istefa veriblər. Siam.az xəbər verir ki, onlar qərarlarını bu gün açıqlayıblar.
“Başa düşə bilmirəm ki,
20 gün içərisində əqidəni necə dəyişmək olar?”
Haqq Ədalət Partiyasının (HƏP) sədr müavini İsfəndiyar Vahabzadə üzvü olduğu partiyadan istefa verib.
Bu barədə İsfəndiyar Vahabzadə “Osmanqızı TV”-yə danışıb.
O bildirib ki, bu addımı HƏP sədri
Əli İnsanovun
Azərbaycan Prezidenti
İlham Əliyevin
siyasi kursunu dəstəkləməsinə
etiraz olaraq atıb.
Vahabzadə hesab edir ki,
Əli İnsanovun bu addımından sonra HƏP-də qalması soyadına xələl gətirə bilər: “Mən əqidə adamıyam. Çox yerdə işləmişəm. Amma mənim bir əqidəm olub. İstəmirəm ki, mən öləndən sonra başdaşıma tüpürsünlər. O başdaşında yazılmayacaq ki, bu səfir olub, elmlər doktorudur, professordur və s. Orada yazılacaq ki, İsfəndiyar
Bəxtiyar oğlu Vahabzadə. O partiyada qalmağım mənim familyama xələl gətirər. Mən familyamı qoruyuram”.
“Həyatda hər şey gəldi-gedərdir. Amma familya qalasıdır. Ona görə fikirləşdim ki, bu çıxışlardan sonra – üç dəfə parlamentdə çıxış oldu, ifrat millətçilik, qatı dindarlıq kimi fikirlər səsləndirdi (red.
Əli İnsanovu nəzərdə tutur) – özüm-özümdən utanıram. O əqidənin sahibi
20 gün içərisində dəyişdi. Mənə qəribə gəlir və başa düşmürəm ki,
20 gün içərisində necə dəyişmək olar?”.
Meydan TV Fotoları təqdim edirik
Tarix: 7-11-2022, 09:55