“Bu görüşlər Kremlin narazlığına səbəb olacaq”
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Vaşinqtondakı bugünkü görüşü ciddi nəticə verməsə belə, Rusiyadan kənarda keçirilən müzakirələr Kremlin inhisarının zəifləməsi baxımından faydalıdır”. Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu qeyd edib ki, Vaşinqton görüşü Soçi görüşünə cavabdır, bu ay Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə növbəti görüşü də nəzərdə tutulub: “Bu görüşlər həmişə olduğu kimi Kremlin narazlığına səbəb olacaq və Rusiya XİN sözçüsü Mariya Zaxarova tutuquşu kimi ABŞ və Avropa İttifaqının vasitəçiliyi əleyhinə eyni fikirləri təkrarlayacaq. Ancaq əgər Bakı və İrəvan Brüssel və Vaşinqtonun vasitəçiliyindən imtina etmirlərsə, deməli Kremlin mesajları nəzərə alınmır”.
Tarix: 8-11-2022, 08:19