“Rusiyanın irəli sürdüyü tələblər Ukrayna üçün fəlakət olacaq” - Stoltenberq



NATO Baş katibi: "Hamı istəyir ki, müharibə bitsin"
Kremlin tələblərinin rəsmi Kiyev tərəfindən yerinə yetirilməsi bütün NATO blokunun təhlükəsizliyi üçün təhdid olacaq.

Siam.az APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Misirin Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəfləri Konfransı (COP27) çərçivəsində, NATO mətbuat xidməti tərəfindən onlayn rejimdə yayımlanan çıxışı zamanı deyib.
 
O qeyd edib ki, hazırkı şərtlər daxilində Ukraynada atəşkəsin əldə olunması NATO üçün birinci dərəcəli məsələ deyil.
NATO ölkələrinin niyə Ukraynada atəşkəsə nail olunması üzərində çalışmadıqlarına dair suala cavab verən Stoltenberq deyib:
“Rusiyanın irəli sürdüyü tələblərin Ukrayna tərəfindən yerinə yetirilməsi Ukrayna üçün fəlakət olacaq və bütün alyansın təhlükəsizliyi üçün təhdid olacaq. Bu, bir növ qonşu ölkələr üzərində nəzarəti bərqərar etmək üçün qarşıda dayanan siyasi hədəflərə güc yolu ilə çatmağın mümkünlüyünü göstərəcək”.
Baş katib bir daha bəyan etdi ki, NATO bu münaqişənin yalnız Ukraynanın şərtlərinin ödənilməsi ilə həllini hədəf seçib.
Stoltenberq deyib ki, NATO bu münaqişənin tərəflərindən biri olmasa da Ukraynanı dəstəkləyir:
“Hamı istəyir ki, müharibə bitsin. Ukrayna müqavimət göstərməyi dayandırsa, o zaman bir xalq olaraq mövcudluğuna son qoyacaq. Rusiya uduzduğu təqdirdə isə sülh olacaq”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin cari ilin 24 fevralında Ukraynada xüsusi hərbi əməliyyatlara başlamaq haqqında fərman imzalayıb. Qərb dövlətləri bundan sonra Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edib və Ukraynaya dəyəri 10 milyardlarla dollar olan silah-sursat göndərib.
Tarix: 9-11-2022, 08:28
Xəbəri paylaş





Xəbər lenti