Bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinken “Nyu-Yorkda başlanmış və komandalar arasındakı sonrakı söhbətlər zamanı çox məhsuldar müzakirələrin” davam etdirilməsi üçün Vaşinqtonda
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı qəbul edib.
Blair House – Vaşinqtonda Ağ Evlə üzbəüz yerləşən tarixi malikanə dövlət katibinin nazirlərlə görüş yeri kimi seçilib, Turan-ın Amerikadakı müxbiri bildirib.Blinkenin yanında Qafqaz danışıqları üzrə baş məsləhətçi Fil Riker, dövlət katibinin köməkçisi Karen Donfrid və müavini Erika Olson əyləşiblər.
Dövlət katibi açılış bəyanatında keçmişi geridə qoyaraq davamlı sülhə nail olmaq uğrunda çalışmaq üçün “real və cəsarətli addımlar” atdıqlarına görə Ermənistan və Azərbaycanı tərifləyib.
“ABŞ həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. 1991-ci ildə müstəqilliyin bərpası hər iki ölkənin hüquqlarının, bizim qətiyyətlə dəstəklədiyimiz hüquqların təmin edilməsində mühüm məqam oldu”, – o qeyd edib.
“Dağlıq Qarabağ üzərində 30 ildən çox davam edən münaqişənin böyük insan və maddi xərclərlə – itkilərlə, dərin izlərlə nəticələndiyini söyləmək də ədalətli hesab edirəm. Amma indi gördüyümüz hər iki ölkənin keçmişi arxada qoyması və davamlı sülhə doğru çalışması üçün atdığı real və cəsarətli addımlardır”, – Blinken bildirib.
“Düşünürəm ki, Dağlıq Qarabağ ətrafında 30 ildən çox davam edən münaqişənin böyük insan və maddi itkilərlə – itirilmiş həyatlar, dərin izlərlə nəticələndiyini söyləmək ədalətli olardı. Amma indi gördüyümüz hər iki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə nail olmaqdan ötrü çalışmaq üçün atdığı real və cəsarətli addımlardır”, – Blinken deyib.
“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın dostu kimi bu səylərdə sizə dəstək olmaq, bacardığımız qədər kömək etmək üçün əlindən gələni etməyə sadiqdir”, – o vurğulayıb.
Sonra görüş bağlı qapılar arxasında davam edib. Görüş başa çatdıqdan sonra Dövlət Departamentinin hesabat dərc edəcəyi gözlənilsə də, nəticələr açıqlanmayıb.
Turan-a bir neçə mənbədən məlum olub ki, nazirlər danışıqları noyabrın sonu-dekabrın əvvəlində, çox güman ki, Polşanın Lodz şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində davam etdirməyə razılaşıblar.
Contact.az
Tarix: 9-11-2022, 09:05