Türk dünyası İnvestisiya Fondunun yaradılması həm də Ermənistana tutarlı mesajdır


Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısında Türk Dövlətləri Prezidentləri tərəfindən Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı xüsusi qərar imzalanıb.

Siyasi ekspert Aydın Quliyev hadisəni "Rupor"a şərh edərək bildirib ki, Türk Dövlətlərinin Səmərqənd zirvəsində Türk dünyası İnvestisiya Fondunun yaradılmasına çox böyük hadisədir: 

"Fondun görəcəyi böyük işlər olacaq. Bu qərardan qabaq elə həmin Zirvədə Prezident Əliyev türk dövlətlərinə səslənərək onları Azərbaycanın azad olunmuş rayonlarının bərpasında içtiraka dəvət etdi. Görünür ki, yaradılmış Fond İlham Əliyevin çağırışına dərhal verilmiş reaksiyadır".

A.Quliyev türk dövlətlərinin torpaqlarımızın bərpasında hamılıqla iştirak etməsinin məqsədəuyğunluğuna diqqət çəkərəkərək, onu da vurğulayıb ki, İlham Əliyev özü hamıdan dəqiq bilir ki, torpaqların bərpası Azərbaycanın özünün də qardaş Türkiyə ilə birgə bacaracağı işdi. Lakin digər türk dövlətlərinin də cəlb olunması bir neçə nöqteyi-nəzərdən müstəsna əhəmiyyət daşıyır:

"Əvvala,bu  Fond təcavüzkar Ermənistana kəskin mesaj verir ki, sənin dağıtdıqlarını bu dəfə burlikdə bərpa edəcəyik,lakin unutma ki, sənin növbəti təcavüzkar addımların olsa, na qarşı duran tək Azərbaycan yox bütün türk dövlətləri olacaq. İkinci, Fond türk dövlətlərinin ümumən maliyyə-bank sistemlərinin inteqrasiyasını yeni mərhələyə çıxara bilər".
Tarix: 14-11-2022, 14:34
Xəbəri paylaş





Xəbər lenti