Azərbaycan hakimiyyəti bütün istiqamətlər üzrə İran və Rusiya ilə savaşdadır.
Anaxeber.info təhlil edir ki, cənub və şimal qonşularımız yenə tarixi müttəfiqliyi davam etdirərək Bakıya qarşı birləşiblər. Əslində, buna sinxron siyasət də demək olmaz. Çünki Tehran və Moskvanın Azərbaycan əleyhinə addımlarının səbəbləri fərqlənir: İran rejimi Zəngəzur koridorunun açılması və Cənubi Qafqazda kommunikasiya xətlərinin dəyişməsi əleyhdarıdır, Moskva isə yolların bərpasında maraqlı olsa da, Qarabağdakı təsirlərini saxlamaq istəyinə görə separatizmi gücləndirir. Ona görə də faktiki iki nəhəng qonşunun xain siyasəti ilə üzbəüz dayanmışıq. Amma XX əsrin əvvəllərindən fərqlənərək, indi Türkiyə regiondadır. Elə bu mövcudiyyət də tərəflərin bölgədəki əbədi maraqlarını pozmağa başlayıb. Digər fərq isə ondan ibarətdir ki, hakimiyyət indi gözüqıpıq siyasət yürütmür, İranın da, Rusiyanın da cavabı ən yüksək səviyyədə verilir. Dövlət başçısı sülhməramlıların bölgədə müqavilə əsasında müvəqqəti yerləşdiyini açıqlayır, Özbəkistanda 40 milyon azərbaycanlının ana dilində təhsil almaqdan məhrum olduğunu deyərək İrana mesaj verir, AzTV rus və fars rejimlərini tənqid atəşinə tutur, kəsəsi, hər iki cəbhə ilə müxtəlif müstəvilərdə mübarizədəyik. Və bu iki qonşu həm də Ukrayna müharibəsində birləşdiyi üçün Qərb koalisiyası, İsrail və Britaniya da Azərbaycanın yanında olmağa maraqlıdırlar. Ona görə də Əliyev Putinlə görüşdə Qarabağ məsələsinin arxiv olduğunu açıq şəkildə deməkdən çəkinmir, İran rejiminə "taleyin hökmündən aralı düşmüş azərbaycanlılar" ismarışı ötürür, beləliklə iqtidar erməniyə dəstək verənlərə qarşı cəbhə açmaqdan tərəddüd etmir. Bəs, Zəngəzur koridoruna müqavimət göstərən İranın, Xankəndidəki şeytan yuvasını yemləyən Rusiyanın bu siyasətini necə ram edəcəyik? Bax, faktiki hakimiyyət bu iki düyünü açmaq üçün mürəkkəb vəziyyətlə qarşılaşıb. Hərgah Moskva Tehrandan fərqli olaraq Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır, amma bu məsələdə Putinə İranla danışır, nə İrəvana təzyiq göstərməkdədir. Yalnız sentyabrda baş verən sərhəd toqquşmaları ilə Ermənistanı buna məcbur etməyə çalışdıq, nəticədə dünya üstümüzə gəldi. Müharibəni başa çatdıran 10 noyabr razılaşmasının imzalanmasından iki il ötür. 4-cü bənd: erməni qoşunların Qarabağdan çıxarılması;
- 9-cu bənd: Naxçıvana maneəsiz keçidin təmin edilməsi. Üçtərəfli bəyanatın ən çox müzakirə edilən və Ermənistan tərəfindən icra edilməyən iki əsas bəndi budur. Razılaşmanın 6-cı bəndi – Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi bu ilin avqustda həyata keçirildi, lakin bu, İrəvan tərəfindən anlaşmanın icrası yox, Bakınının məcbur etməsinin nəticəsi idi: Azərbaycan “Qisas” əməliyyatı ilə dəhlizin marşrutunun dəyişdirilməsinə nail oldu və Laçın şəhərinin mərkəzinə də nəzarət bərpa edildi;
Proseslər növbəti əməliyyatlara da zərurətin yarana biləcəyi yönündə inkişaf edir. Xüsusilə erməni qoşunların Azərbaycan torpaqlarından tam çıxarılması üçün məcburetmə əməliyyatı yeganə seçim olaraq görünür. Əliyevin son açıqlaması da bu gözləntini artırır.
Və proseslərdən çıxan bir nəticə də var: Qarabağa nəzarəti tam bərpa etmək üçün ordunun kazarmalardan çıxması zərurəti yaranacaq, nə ermənilər, nə ruslar başqa çıxış yolu qoymur. Ona görə də Rusiyanın bölgədəki separatçılara dəstək siyasətinə cavab olaraq Qarabağda Araikin yuvasını "BAYRAKTAR"la dağıtmalıyıq, İranın Zəngəzur dəhlizinə qarşı açdığı müharibəyə isə sərhəddə məcburetmə əməliyyatları, Göyçə gölünə tam yaxınlaşmalı, strateji yüksəkliklərə nəzarəti daha da təmin etməliyik. Çünki Moskva və Tehran alternativ qoymurlar. Bizim isə nə "şirin quyruğu", nə "şimal ayı"sı ilə oynamaq fikrimiz yoxdur...
Siam.az
Tarix: 14-11-2022, 14:43