İranın quyruğu qapı arasında qalıb: Azərbaycana niyə diş qıcayır?

İranın quyruğu qapı arasında qalıb: Azərbaycana niyə diş qıcayır?

Əslində 30 il əvvəl Azərbaycan müstəqilliyini əldə etdikdən sonra İranın Azərbaycana qarşı siyasəti mahiyyət etibarı ilə dostluq deyil, ikiüzlü siyasət idi. Birinci və İkinci Qarabağ müharibəsində Ermənsitana  göstərdiyi hərtərəfli yardım İranın iç üzünü əslində açmışdı.

Sadəcə, biz  “din qardaşlarımızın” sədaqətsizliyini qəbul edəcək inanca sahib deyildik. Axı dinimiz bir idi, axı qardaş hesab edirdik. Necə ola bilərdi ki, eyni inanca sahib olduğumuz bizə xəyanət etsin?
Bəli inanmırdıq. Ta o zamana kimi ki, İran Qafanda konsulluq açdı, bu azmış kimi Araz sahilində təlimlər keçirməyə başladı. Eyni zamanda İran rəsmiləri Ermənistan sərhədlərini özləri üçün qırmızı xətt adlandırdılar. Analitiklər, siyasilər, rəsmilər, deputatlar belə Azərbaycana qarşı  bəyanatlar verdilər.
Ötən gün İranın “Səhər” kanalında Azərbaycan dilində  yayımlanan proqramda İran Parlamentinin deputatları çəkinmədən bizi hədələdilər... İran qardaşımız imiş... Görünür, “gözükor qardaş” deyilən qardaş belə olur, İran kimi...
“İran-Azərbaycan münasibətlərində yaranmış gərginlikdən istifadə edən bəzi dairələr vəziyyətin daha da pisləşməsinə xidmət edən addımlar atmağa çalışırlar”.
Bu barədə Bizimyol.info xəbər portalına Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi şərhçi Ramil Məmmədli  danışıb.

O, qeyd edir ki,  son illər İranda bu cür çağrışların sayı daha da artıb. Azərbaycana qarşı açıq ərazi iddiası ilə çıxış edən şəxslər daxili problemlərdən diqqəti yayındırmağa çalışırlar. Bu vəziyyətdə isə Azərbaycan ən optimal hədəf olaraq seçilib. Əlbəttə İran tarixində diplomatik missiyalara qarşı aqressiv münasibətlər olub.
“Amma bu Azərbaycana qarşı ediləcək mənasını verə bilməz. Nəzərə almalıyıq ki, Azərbaycan vətəndaşlarına və bizim diplomatik nümayəndəliklərimizə edilə biləcək hər hansı neqativ addım İran üçün ciddi problemlə bitə bilər.
Digər tərəfdən İran hökuməti daxili milli amili də nəzərə almaya bilməz. Sadəcə, bu kimi adamların çıxışları və ya çağırışları, ümumi gərginlik yaratmağa xidmət edir. Yaxud da Azərbaycandakı anti-İran çağırışlarını artırmaqla bunu özlərinə sərf edən formada istifadə etməyə çalışırlar”,- deyə o qeyd edib.
Hərbi ekspert qeyd edib ki, bu cür çağırışlar İranın müvafiq qurumlarının tapşırığı olmadan edilə bilməz.
P.S. Yəni qısacası,  rəsmən olmasa da, İran Azərbaycanı özünə düşmən elan edib. Nə deyirik ki? Biz nə düşmənlər gördük... Biri də artıq olsun, bizim xalq güclü xalqdır. Ən azından bu davanın sonunda bizdən illər boyu ayrı qalan 40 milyonla birləşmək ümidimiz var...
Tarix: 14-11-2022, 17:19
Xəbəri paylaş





Xəbər lenti