İran Azərbaycana NOTA VERDİ
Azərbaycan səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.“RİA Novosti” “Telegram”-a istinadən xəbər verir ki, ona “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilib.
Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Respublikasının Tehrandakı səfiri İran XİN-ə çağırılıb. Buna səbəb kimi guya ölkəmizin mətbuat orqanları və rəsmiləri tərəfindən İran İslam Respublikasına qarşı təbliğat və böhtanların davam etməsi göstərilib.(oxu.az)
Tarix: 14-11-2022, 17:27