Avropa Parlamenti Rusiyanı terrorizmin himayədarı kimi tanıyan qətnamənin mətni ilə bağlı razılığa gəlib


 
Avropa Parlamenti Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıyan qətnamənin mətni ilə bağlı razılığa gəlib.
APA xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Andrius Kubilius “Twitter“ hesabındakı paylaşımında bildirib.
“Avropa Parlamentinin siyasi qrupları arasında 4 saat çəkən müzakirələrdən sonra mətnlə bağlı razılığa gəlinib. Əsas xətt budur: “Avropa Parlamenti … Rusiyanı terrorizmi dəstəkləyən və terror vasitələrindən istifadə edən dövlət kimi tanıyır ””, - deyə Kubilius qeyd edib.
Tarix: 18-11-2022, 08:13
Xəbəri paylaş





Xəbər lenti