"Zəngəzur dəhlizi İrana heç bir təhlükə yaratmır -Təhlükəsizliyi "FSB" təmin edəcək..."-VİDEO
"Zəngəzur dəhlizi İran üçün heç bir təhlükə yarada bilməz. Çünki orada təhlükəsizliyi Rusiya "FSB" təmin edəcək"Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində xüsusi qəzəbli şərhlərlə yayılmış məlumata görə, bunu Rusiya-Azərbaycan ekspert şurasının iclasında hərbi icmalçı və "Avrasiya irsi" fondunun eksperti Aleksandr Artamonov deyib.
“Tehran təzyiq göstərməyə çalışır və hesab edir ki, onun üçün bəzi yeni imkanlar açılıb, lakin müəyyən mənada guya ona qarşı sıxıntı yaradıldığını hiss edir. Ancaq o, bundan sonra da özünü sıxılmış hiss etməyə davam edə bilər. Bir daha deyirəm: Rusiya Azərbaycanla müttəfiqliyə sadiq qalıb və bundan sonra da belə olacaq”.
"Əgər kiminsə Ermənistanın "müttəfiq"i və "Zəngəzur dəhlizi"nin real benefisiarı haqqında şübhələri varsa..." - erməni şərhlərindən birində belə deyilir.
P.S. Rusiyanın hazırkı işğalçı Putin rejiminin Ermənistanda Qərbin dayaqlarını sarsıtmaq məqsədi ilə Azərbaycanla etdiyi çoxüzlü "müttəfiqlik" iki ildir ki, özünü Qarabağdakı separatçı-teerorçulara münasibətdə açıq şəkildə büruzə verir...